“59 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub ki…” – ELDAR İBRAHİMOV

 Milli Məclisin (MM) qarşıdan gələn 2017-cil payız sessiyası ilə bağlı  sentyabrın 20-də parlamentin Aqrar siyasət komitəsinin  ilk iclası keçirilib.

Etikxeber.az xəbər verir ki, iclasda komitə sədri Eldar İbrahimov komitənin 2017-ci il yaz və növbədənkənar sessiyasının yekunlarına dair gördüyü işlər barədə məlumat verərək fəaliyyətlərini qənaətbəxş hesab edib.

eldar-2

Onun sözlərinə görə, bu ilin yaz və növbədənkənar sessiyası çox məhsuldar keçib: “Yaz sessiyasında komitə tərəfindən 7 iclas keçirilib. Bu iclaslarda 17 məsələ müzakirə olunub, bunlardan 15-i Milli Məclisin plenar iclasına tövsiyə edilib. Milli Məclisin plenar iclasında 14 qanun layihəsinə dəyişiklik qəbul edilib”.

Yaz sessiyası dövründə Aqrar siyasət komitəsinə 59 vətəndaşın imzası ilə ərizə, şikayət və müraciət daxil olub, 38 ərizə tədbir görülməsi üçün müvafiq təşkilatlara göndərilib, 21 ərizə isə təkrar daxil olduğu və ərizə, şikayət və müraciətlərə dövlət idarə, təşkilat və orqanlarından verilən cavablar olduğu üçün işə alınıb. Dövlət idarə, təşkilat və orqanlarına göndərilən ərizələrdən 29-u torpaq məsələləri, digər 9 ərizə isə sosial, işsizlik, qanunvericilik, məhkəmə və qəbulla bağlı məsələlərlə əlaqədar olub.

Komitənin 2017-ci il payız sessiyasının qanunvericilik işləri planı barədə də məlumat verən E.İbrahimov bildirib ki, bu payız sessiyası da məhsuldar olacaq.

Qeyd edək ki, Aqrar siyasət komitəsinin bugünkü iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə”, eləcə də “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanun layihələri müzakirə edilib.

Layihələr qısa müzakirələrdən sonra payız sessiyasının plenar iclasına tövsiyə olunub.

Etikxeber.az

Read Previous

4 mühüm hadisə – Bakı buxtasından açılan yaylım atəşləri – DEPUTAT YAZIR

Read Next

“Əsrin müqailəsini”nin imzalamasından 23 il ötür – DEPUTATLARIN RƏYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir