16 ədəd mobil telefon aşkar olunub

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstan Respublikası istiqamətindən İdarənin “Sınıq Körpü” gömrük postunun ərazisinə daxil olan minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

Etikxeber.az qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi həmin avtomobilin oturacaqlarının üzərindəki geyim əşyalarının ciblərindən əvvəlcədən gömrük orqanına bəyan olunmayan və gömrük nəzarətindən gizlədilən, üzərində “İ Phone” yazısı olan16 ədəd mobil telefon, 11 ədəd mobil telefon qutusu, 11 ədəd adapter və 11 ədəd qulaqcıq aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Etikxeber.az

Read Previous

Bakıda növbəti intihar hadisəsi baş verib

Read Next

G-4 ölkələrinin xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasını islahatlara çağırıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir