6 bal gücündə zəlzələ baş verdi – AZƏRBAYCANDA

Azərbaycan ərazisində zəlzələ baş verib.

Etikxeber.az-ın xəbərinə görə, Avropa Aralıq Dənizi Seysmologiya Mərkəzinin məlumatında bildirilir ki, episentrdə – Bərdə şəhərindən 23 km şərqində yeraltı təkanın gücü 5.1 maqnituda olub.

10 km dərinlikdə baş verən zəlzələ ətraf yaşayış məntəqələrində, habelə Ağdam, Ucar, Gəncə, Şəki, Zaqatala, Şəmkir və digər rayonlarda hiss olunub.

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən isə mətbuata bildirilib ki, noyabrın 15-də saat 23.48-də Ağdam rayonu ərazisindəı zəlzələ qeydə alınıb.

25 km dərinlikdə baş verən yeraltı təkanın gücü episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində isə 5-3 bala qədər hiss olunub.

Etikxeber.az

Read Previous

“7 saylı marşruta kənardan daş atılaraq şüşələri sındırılıb…” – BAŞ PROKURORLUQ

Read Next

“Məqsəd beynəlxalq cinayətlərin qarşısının alınmasına töhfə verməkdir” – MURADOVA – FOTO- YENİLƏNİB (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir