6-cı çağırış MM-in bir ili: Millət vəkillərindən-KİMLƏR DAHA AKTİVLİKLƏRİ, FƏALLIQLARI İLƏ SEÇİLDİLƏR? – BAXIŞ

Növbədənkənar parlament seçkiləri nəticəsində formalaşmış 6-cı cağırış Milli Məclis (MM) artıq yeni-ikinci yaz sessiyasına hazırlaşır.

Eyni zamanda, ilk iclasını, ilk (yaz) sessiyasını nəzərdə tutulduğundan bir qədər gec, ötən ilin martın 10-da keçirməsinə baxmayaraq (əslində MM-in yaz sessiyası yanvarın sonu, fevralın 1-də başlamalıdır, ancaq seçkilər ötən ilin fevral ayında keçirildiyinə görə, sessiya mart ayına çəkdi), artıq yeni tərkibli parlamentin biri ili geridə qalır.

Ötən ilin dekabrın 30-da ikinci-payız sessiyasının (həm də qış və büdcə sessiyası deyilir) sonuncu iclasını keçirərək, qış tətilinə yollanan 6-cı çağırış MM-in cəmi 29 gündən sonra ikinci ili, ikinci yaz sessiyası öz işinə başlayır, başlayacaq.

Fevral ayın 1-i və ya 2-də MM-in yaz sessiyasının ilk iclası keçiriləcək.

Həmin vaxta kimi, yəni, yanvarın 15-20-dən etibarən isə yaz sessiyası ilə bağlı MM-in komitələrinin iclasları öz işinə strat verəcək.

Komitə iclaslarında da ənənəvi olaraq, son-qış sessiyasının yekunları-hesabatı, növbəti sessiyanın qanunvericilik işləri planı, həmçinin, cari məsələlər müzakirə ediləcək.

Millət vəkilləri təkliflərlə çıxış edəcək, bu və ya digər məsələlərlə bağlı irad və fikirlərini dilə gətirəcəklər.

Bəs görəsən, 6-cı çağırış MM-in üzvlərinin son bir illik fəaliyyəti nələrlə yadda qaldı?

Daha doğrusu, millət vəkillərindən kimlər daha çox fəallıqları, aktivlikləri, seçiciləri ilə daha çox işləmələri, daha çox ünsiyyət qurmaları, onların problemlərini dilə gətirmələri, müvafiq qanun layihələri və ya qanunlara dəyişikliklər edilməsi təkliflərində bulunmaları, mediaya, sosial şəbəklərə açıq olmaları ilə seçildilər?

Bəri-başdan qeyd edim ki, bu məsələdə heç bir millət vəkilinin fəaliyyətinə hansısa səbəbdən kölgə salmaq məqsədim yoxdur, ola da bilməz.

26 illik parlament jurnalistliyim dövründə də bunlardan, qeyri-obyektivlikdən, tərəflilikdən uzaq olmağa, kiminsə fəaliyyətinə hansısa səbəbdən kölgə salmamağa, nüfuzuna xələl gətirməməyə çalışmışam.

Obyektivliyimi, tərəfsizliyimi qoruya bilmişəm. Bu dəfə də məhz tərəfsiz və obyektiv olmağa çalışacağam.

Qeyd etmək istərdim ki, ötən bir il ərzində həm plenar iclaslarda, həm komitə iclaslarında fəallıqları, aktivlikləri ilə seçilən, fərlənən daha çox bu millət vəkilləri olub:

Vahid Əhmədov, Qənirə Paşayeva, Fazil Mustafa, Jalə Əliyeva, Əli Məsimli, Zahid Oruc, Qüdrət Həsənquliyev, Musa Quliyev, Musa Qasımlı, Siyavuş Novruzov, Aydın Mirzəzadə, Məlahət İbrahimqızı, Bəhruz Məhərrəmov, Naqif Həmzəyev, Elman Nəsirov, Sabir Rüstəmxanlı, Fəzail Ağamalı, Tahir Rzayev, Azər Badamov, Sahib Alıyev, Razi Nurullayev, Tahir Kərimli, Tahir Mirkişili, Bəxtiyar Sadıqov, Kamilə Əliyeva, Nigar Arpadarai, Vüqar Bayramov, Aqil Abbas, Hikmət Babaoğlu, Etibar Əliyev və Aydın Hüseynov.

Adları çəkilən millət vəkilləri (bir neçəsini çıxmaqla) həmçinin, mediada, sosial şəbəkələrdə aktivlikləri, müzakirələrə açıq olmaları ilə seçiliblər.

Bununla yanaşı, mediada və sosial şəbəklərdə aktivlikləri və fəallıqları ilə seçilən millət vəkillərindən Eldəniz Səlimov, Fatma Yıldırım, Əminə Ağazadə, Sevinc Hüseynova, Pərvin Kərimzadə, Müşfiq Cəfərov, Elşən Musayev, Arzu Nağıyev, Azər Kərimli, Ramil Həsən, Ramin Məmmədov, Kamal Cəfərov, Sevinc Fətəliyeva, Erkin Qədirli, Azay Quliyev, Eldar İbrahimov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov ( son üç deputat daha çox mediada fəal olublar), Tahir Mirkişili, Nəsib Məhəməliyev, Rafael Hüseynov, Səməd Seyidov, Tural Gəncəliyev, Cavid Osmanov, Şahin İsmayılov, İlham Məmmədov, Elnur Allahverdiyev, Soltan Məmmədov, Anar Məmmədov, Müşfiq Məmmədli, Könül Nurullayeva, Asim Mollazadə, Vüqar İsgəndərov, Sevil Mikayılova, Rüfət Quliyev, Tamam Cəfərova, Nurlan Həsənov, Şahin Seyidzadə və İltizam Yusifovun adlarını qeyd etmək olar.

Ötən dövrdə qanunvericilik təşəbbüsü ilə daha çox çıxış edən, fərqlənən millət vəkilləri bunlardır:

Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, Jalə Əliyeva, Musa Quliyev, Qənirə Paşayeva, Bəhruz Məhərrəmov, Musa Qasımlı, Siyavuş Novruzov, Fazil Mustafa, Razi Nurullayev, Tahir Kərimli, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Fəzail Ağamalı, Vüqar Bayramov.

Seçicilərinin problemlərini parlamentdə (plenar və komitə iclaslarında) səsləndirən millət vəkilləri daha çox bunlar olub:

Razi Nurullayev, Tahir Kərimli, Fazil Mustafa, Qənirə Paşayeva, Jalə Əliyeva, Məlahət İbrahimqızı, Bəhruz Məhərrəmov, Aydın Mirzəzadə, Qüdrət Həsənquliyev, Sabir Rüstəmxanlı, Əli Məsimli, Vahid Əhmədov.

Həm pandemiya dönəmində (hələ də davam edir), həm İkinci Vətən Müharibəsi dönəmində seçiciləri ilə daha çox ünsiyyətdə olan millət vəkilləri isə bunlar olub:

Qənirə Paşayeva, Bəhruz Məhərrəmov, Jalə Əliyeva, Eldəniz Səlimov, Zahid Oruc, Naqif Həmzəyev, Pərvin Kərimzadə, Əminə Ağazadə, Fatma Yıldırım, Azər Badamov, İlham Məmmədov, Tahir Rzayev, Aqil Abbas, Ramin Məmmədov, Ziyad Səmədzadə, Razi Nurullayev, Musa Qasımlı, Məlahət İbrahimqızı, Elnur Allahverdiyev, Kamilə Əliyeva, Sevinc Hüseynova, Azay Quliyev, Müşfiq Cəfərov, Musa Quliyev, Vüqar Bayramov, Eldar İbrahimov, Şahin Seyidzadə və Sabir Rüstəmxanlı.

Parlament rəhbərliyində olan millət vəkilləri də ötən dönəmdə fəal olublar və bu haqda bir müddət öncə digər yazımda bəhs etdiyim üçün, indi geniş yazmağa ehtiyac duymadım.

Bəli, nə qədər obyektiv və tərəfsiz oldum, onu deyə bilmərəm, amma buna cəhd etdim, kiminsə fəaliyyətinə kölgə salmaq fikrindən bir daha uzaq olmağa çalışdım.

Qiymətləndirmək isə oxucular və izləyicilərin səlahiyyətindədir.

Növbəti dönəmdə də MM-ə və MM üzvlərinə uğurlar, daha fəal olsunlar!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Bədənində hələ də 30-a yaxın qəlpə gəzidirən-HƏRBİ HƏKİM, LEYTENANT, QAZİ SƏBUHİ XAMMƏDOV!

Read Next

Sabah hava necə-OLACAQ?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir