6 nəfər təxliyə edildi – YATAQXANADA YANĞIN SÖNDÜRÜLDÜ – FHN

Fövqəladə Hallar Nazirliyi (FHN) avqustun 9-da Sabunçu qəsəbəsində yataqxana binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Etikxeber.az FHN-in saytına istinadla xəbər verir ki, çoxmərtəbəli yataqxana binasının dördüncü mərtəbəsində baş verən hadisə nəticəsində ümumi sahəsi 30 kvadratmetr olan mənzil 25 kvadratmetr sahədə yanıb.

Yanğın zamanı altı sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Etikxeber.az

Read Previous

“Balasının uğuru-tələbə adı şəhid qardaşımızın ruhunu şad edəcək” – QƏNİRƏ PAŞAYEVA – FOTO

Read Next

Daha bir Şəhid verdik – NAXÇIVANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir