6 noyabr 2020-ci il Şəhidləri-TƏK OĞULLAR FUAD XANKİŞİYEV VƏ ORUC NƏCƏFLİ, AİLƏNİN İKİ HƏRBÇİ ÖVLADINDAN BİRİ ELŞƏN MEHBALIYEV – BU GÜN ANIM GÜNLƏRİDİR… – FOTOLAR – YENİLƏNİB – (4)

Bu gün Mingəçevir şəhərinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Fuad Şöhrət oğlu Xankişiyev və Oruc Rövşən oğlu Nəcəflinin Anım günləridir.

Fuad Xankişiyev və Oruc Nəcəflinin bu gün-6 noyabr 2025-ci il tarixində Əbədiyyətə uğurlanmalarından beş il keçir.

Etikxeber.az xəbər verir ki, Oruc Nəcəfli 1989-cu ilin 6 oktyabr tarixində Yevlax rayonunun Tanrıqulular kəndində dünyaya gəlib.

Ailənin iki övladından biri, tək bacının tək qardaşı olub.

Atalarını illər öncə itiriblər.

1996-2007-ci illərdə Mingəçevir şəhərində Nizami Gəncəvi adına 8 nömrəli tam orta məktəbdə təhsil alıb.

2007-2011-ci illərdə isə Mingəçevir Politexnik İnstitutunda “İnformatika və hesablama texnikası” ixtisası üzrə ali təhsil alıb.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə olub və Ağdərə istiqamətində, “Tülkü dərəsi” adlanan ərazidə qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Oktyabrın 17-də Şəhid olsa da, bir müddət onun nəşini götürmək mümkün olmayıb.

Yalnız 19 gün sonra nəşi tapılıb və noyabr 6-da Mingəçevir Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra medallarla təltif olunub.

Oruc həm də ailəli olub.

Bir qızı Vətənə əmanət qalıb.

***

Fuad Xankişiyev isə 1996-cı ilin aprelin 12-də Mingəçevir şəhərində dünyaya gəlib.

Ailənin üç övladından biri, iki bacının tək qardaşı olub.

Bacıları ailəlidir.

İkinci Vətən Müharibəsi zamanı Füzulidən Daşlatı-Çanaqçıycan uzun döyüş yolu keçib.

Noyabrın 3-də ağır döyüşlərin birində qəhrəmancasına həlak olan Fuad Xankişiyev noyabrın 6-da Mingəçevirdə-Şəhidlər Xiyabanında dəfn edilib.

Şəhidliyindən sonra 5 medalla- “Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Fuad həm də subay olub.

Şəhidliyindən iki il sonra, 2022-ci ilin may ayının 27-də isə atası Şöhrət Xankişiyev dünyasını dəyişib.

Mingəçevirdə adını daşıyan küçə var.

***

Bu gün həm də Bərdə rayonunun Otuzikilər kəndinin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan Xüsusi Təyinatlı (XTQ) Elşən Təvəkgül oğlu Mehbalıyevin Anım Günüdür.

Elşən Mehbalıyevin də Əbədiyyətə uğurlanmasından beş il keçir.

Etikxeber.az xəbər verir ki, 1994-ci ilin iyul ayının 23-də Bərdənin Otuzikilər kəndində-sadə bir ailədə dünyaya gələn Elşən Mehbalıyev ailənin iki oğlan övladından biri olub.

O, Azərbaycan Ordusunun Kiçik giziri, Xüsusi Təyinatlı olub.

İkinci Vətən Müharibəsinin ilk günündən də döyüşlərdə iştirak edib və noyabr ayında Ağdərə istiqamətində qəhrəmancasına Şəhidlik məqamına ucalıb.

Nəşi Otuzikilər kənd qəbiristanlığında torpağa tapşırılıb.

Şəhidliyindən sonra bir neçə medalla təltif olunub.

O, həm də nişanlı olub.

Şəhidin qardaşı Elnur Mehbalıyev də hərbçi olub.

O da İkinci Vətən Müharibəsində iştirak edib, bir neçə medal və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Anım Günü ilə bağlı bu gün Şəhidin Otuzikilər kənd qəbiristanlığındakı məzarı ziyarət olunub.

Məzarı üzərinə gül dəstələri düzülüb.

Ruhuna dualar edilib, “Quran” oxunub.

Qısa çıxışlar edilib, Şəhidin İgidliyi və Qəhrəmanlığından söz açılıb, ailəsinə-valideynlərinə Allahdan səbr və dözüm arzulanıb.

Məktəblilər tərəfindən Vətənə, Şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.

Xatirə fotoları çəkdirilib.

Məzarını ziyarətdən sonra Anım Günü ilə bağlı Şəhidin ailəsinin yaşadığı evdə Anım mərasimi keçirilib, adına ehsan verilib.

Mərasimdə bir daha Şəhid Elşən Mehbalıyev və cəmi Şəhidlərin ruhlarına dualar edilib.

Şəhidin məzarını ziyarətdə və Anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bərdədən və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, din xadimləri, yerli ziyalılar və başqa şəxslər iştirak ediblər.

Məkanları cənnətlik olsun!

Nurlar içində yatsınlar!

FOTOLAR:

***

FOTOLAR:

13:56

***

FOTOLAR:

***

***

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

İkinci Vətən Müharibəsi Şəhidlərindən Musa Həsənov, Ağaqardaş Abbasov və Nurlan Quliyevin bu gün Anım günləridir-BƏRDƏLİ SƏİD ƏDİLOVUN İSƏ CƏNNƏTDƏKİ BEŞİNCİ DOĞUM GÜNÜDÜR, 31 YAŞI TAMAM OLUR… – YENİLƏNİB – (7)

Read Next

“Bosniya və Herseqovina və Azərbaycan xalqları arasında dostluq münasibətləri qarşılıqlı anlaşma və hörmət ruhunda bundan sonra da inkişaf edəcək”-TSVİYANOVİÇ ƏLİYEVİ TƏBRİK ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir