Tanınmış tarixçi, professor Cəmil Həsənli dünya şöhrətli dahi maestro Niyazi ilə bağlı öz Fb sosial şəbəkə hesabındakı silsilə paylaşımlarından (yazılarından) birində korifey sənətkar, sabiq millət vəkili, SSRİ Xalq artisti Zeynəb Xanlarovaya aid maraqlı bir məqamı üzə çıxarıb.
Etikxeber.az-ın xəbərinə, C.Həsəli paylaşımında (yazısında) qeyd edib:
“…Vladimir Semiçastnının opera və digər mədəniyyət ocaqlarında muğam musiqisinə qarşı başladığı kampaniya izsiz ötüşmədi. O, Moskvaya Sovet DTK-nın sədri vəzifəsinə gedəndən sonra da bir müddət muğamla bağlı müzakirələr davam etdi. Azərbaycan KP MK bürosunun məlum qərarından sonra Niyazinin rəhbərlik etdiyi dövrdə Opera Teatrının repertuarında Rus və Avropa bəstəkarlarının əsərlərinin ifası bir qədər çoxalsa da, lakin muğam operaları öz aparıcı yerini qoruyub saxladı.

Xüsusilə, 1961-ci ildə Zeynəb Xanlarovanın simasında yeni bir səsin teatra gəlməsi muğam operalarına yeni bir həyat verdi, Leyli və Əsli obrazları yeni səsdə, yeni biçimdə səhnəyə çıxdı. Teatrın rəhbəri kimi maestro Niyazi 1964-cü il martın 6-da gənc müğənni Zeynəb Xanlarovanın yaradıcılıq gecəsini təşkil etdi. Partiya orqanlarının gizli tapşırığı ilə Bəstəkarlar İttifaqı həmin axşam Opera Teatrını simfonik konsert üçün istəsə də, Niyazi binanı verməkdən imtina etdi və təyin olunan tarixdə Zeynəb Xanlarovanın yaradıcılıq gecəsin keçirdi…”
Etikxeber.az