“65 yaşlı vətəndaşlarımız evdən çıxmasınlar…”-RAMİN BAYRAMLI 19 PA ƏMƏKDAŞININ DA KORONAVİRUSA YOLUXDUĞUNU AÇIQLAYIB – YENİLƏNİB – (4)

İyunun 15-dən daxili uçuşların bərpası nəzərdə tutulur.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İ. Məmmədov qeyd edib ki, ilkin mərhələdə Naxçıvana həftədə iki uçuş nəzərdə tutulur:

“Sonra uçuşlar artırıla bilər”.

***

Bu gün 130 nəfər Dağıstan ərazisindən Azərbaycana keçirilib”-deyən İ. Məmmədov sonra qeyd edib ki, indiyə qədər Dağıstandan 503 nəfər gətirilib:

“İyunun 10-dan Nyu-Yorkdan azərbaycanlılar gətiriləcək. Eyni zamanda çarter reysi qrafiki hazırlanır”.

***

“Ötən həftənin sonunda Operativ Qərargah küçəyə çıxma qadağası ilə bağlı qərar qəbul edib. Bu qərarlar təhlil və göstəricilərə əsaslanaraq qəbul edilib”.

Bunu isə mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O, bildirib ki, vətəndaşlar bu məsələdə həmrəylik nümayiş etdiriblər: “Bəzi xırda detalları istisna etsək, həm qərar qəbul ediləndən sonra həftə sonuna qədər olan müddətdə, həm də şənbə və bazar günləri ciddi neqativ halları müşahidə etmədik”.

TƏBİB-in sədri qeyd edib ki, çox az da olsa, çörək satışı növbələri müşahidə olunub:

“İnanırıq ki, yaşanmış təcrübə nəticəsində belə hallarla rastlaşmayacağıq. Xüsusən də şənbə və bazar günləri vətəndaşlar ciddi həmrəylik nümayiş etdiriblər. Bu həmrəyliyi növbəti həftə də nümayiş etdirəcəyimizə, yoluxmanın səviyyəsinin azalacağına inanırıq”.

Sonra “Salyan, Kürdəmir, Yevlax və İsmayılı da yoluxma səviyyəsinə görə narıncı zonaya aid edildi”-deyən R. Bayramlı bildirib ki, bu həftə dövlət qurumları üçün cümə günü qısaldılmış iş günü olmayacaq:

“Şənbə günü isə tövsiyə edirik ki, 65 yaşlı vətəndaşlarımız evdən çıxmasınlar”.

***

“Xroniki xəstəliklərdən əziyyət çəkənlər və uşaqlar üçün dərmanlar apteklərdən indidən alına bilər”.

Bunu da R. Bayramlı bildirib.

R. Bayramlı deyib ki, lakin hər hansı vacib hal olarsa, təcili tibbi yardım xidməti bu sahədə xidmət göstərəcək.

O, həmçinin söyləyib ki, keçən həftə dializ xəstələrinin qəbulu ilə bağlı problemlər tərəfimizdən tənzimlənib.

R. Bayramlı bildirib ki, bu şəndə günü xəstəxanalar adi rejimdə çalışacaq:

“Bazar günü dializ xəstələri qəbul edilmir adətən, bazar ertəsi isə proses tənzimlənəcək”.

19:18

***

“Prezident Administrasiyasında (PA) 19 nəfər koronavirusa yoluxub”-deyən R. Bayramlı FHN-də də 5 nəfərin koronavirusa yoluxduğunu açıqlayıb.

O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları arasında da COVID-19-a yoluxanların olduğunu qeyd edib.

19:38

***

“Bakı ilə digər rayonlar arasında gediş-gəliş məsələsi gündəlikdə deyil”.

Bunu da öz növbəsində İ. Məmmədov bildirib.

Onun sözlərinə görə, hazırda belə bir qərar yoxdur. 

Etikxeber.az

Read Previous

“Epidemiya insanların səbrini tükədib, amma…”-KAMAL CƏFƏROV

Read Next

“Koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq…”-İlham Əliyevlə Mehriban Əliyeva üç modul tipli xəstəxananın-AÇILIŞINDA – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir