67 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb – DİN

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün qeydə alınmış 67 cinayət faktından 31-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Etikxeber.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 31 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 8 nəfər isə xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 46 nəfər tutulub.

Etikxeber.az

Read Previous

Mustafayev İran şirkətlərini Azərbaycana dəvət etdi

Read Next

Rövnəq Abdullayev naziri məhkəməyə verib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir