689 nəfərin deputatlığa namizədliyi qeydə alındı – MSK AÇIQLADI

2020-ci ilin fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün indiyə qədər 2416 nəfər müraciət edib.

Etikxeber.az məlumat verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov sözügedən qurumun  bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, müraciət edənlərdən 2305 nəfərinin namizədliyinin irəli sürülməsi artıq təsdiqlənib:

“Onlardan 2193 nəfəri imza vərəqələrini artıq götürüb, 1255 nəfər imza vərəqələrini qaytarıb, 689 nəfərin isə deputatlığa namizədliyi qeydə alınıb”.

Etikxeber.az

Read Previous

Azər Verdiyevin namizədliyi-ƏLİ HÜSEYNLİNİN “DAİRƏSİ”NDƏN QEYDƏ ALINDI

Read Next

Prezident “ACWA Power” və “Masdar” şirkətinin rəhbərini qəbul etdi – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir