69 deputatdan neçəsi kənarda qalacaq, yaşlılara yoxsa cavanlara üstünlük veriləcək? – YAP-DAN AÇIQLAMA

Aydın MİRZƏZADƏ: “Layiqli insanlar 125 rəqəmindən yüz və min dəfələrlə çoxdur. Onların hər birinin parlamentdə təmsil olunma hüququ var…”

Birincisi, parlamentdə kimin deputat kürsüsündə oturacağını seçicilər müəyyənləşdirir və ona görə bu məsələdə nə proqnoz vermək, nə də iddia etmək düzgün deyil. Eyni zamanda, seçkilərdə seçim yaşlı ilə cavan arasında deyil, yaxşı ilə daha yaxşı arasında gedir. Odur ki, bu seçimdə kimin qalib gəldiyini demək çətindir. Həmçinin, hesab edirəm ki, yaş məsələsini qabartmaq düzgün deyil. İnsan əgər cəmiyyətə fayda verə bilirsə, cəmiyyətin ona etimadı varsa, ondan istifadə etmək olar.

Bunu Etikxeber.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) şöbə müdiri,  millət vəkili  vəAydın Mirzəzadə  hakim partiyadan olan 69 deputatdan ən azı 30-35 nəfərinə yenidən etimad göstərilməyəcəyi, eyni zamanda, yaşlılarla müqayisədə nisbətən cavanlara və gənclərə 6-cı çağırış seçkilərdə üstünlük veriləcəyi ilə bağlı iddialara münasibətini bildirərkən deyib.

O, eyni zamanda, gəncləşmənin, gənc kadrlardan maksimum istifadə edilməsinin tərəfdarı olduğunu bildirib.

“Bu baxımdan, gənclərin irəli çəkilməsini alqışlayıram. Özünü doğruldan insanlara daha yüksək vəzifə verilməsini alqışlayıram. Məqsəd müstəqilliyimizi qoruyub saxlamaqdır. Sosial rifahın yüksəldilməsidir. İnsanların hüquq və azadlıqlarının qorunması məsələsidir. Bu məsələdə cəmiyyətimizin kifayət qədər potensialı var.

O ki qaldı gələn ilki seçkilərə, hesab edirəm ki, bu seçkilər həmişəki kimi gərgin və rəqabətli olacaq. Ona görə ki, layiqli insanlar 125 rəqəmindən yüz və min dəfələrlə çoxdur. Onların hər birinin parlamentdə təmsil olunma hüququ var.

O hüquq da ancaq seçki vasitəsilə, rəqabət vasitəsilə mümkünləşə bilər. Ona görə də indidən kimin 6-cı çağırış parlamentdə olub-olmayacağını demək çətindir. Qoy bu məsələdə son sözü seçici desin…”-deyə, A. Mirzəzadə sözlərinə əlavə edib.

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

 

Read Previous

“Avro -2020” seçmə mərhələsinə yekun vuruldu – NƏTİCƏLƏR

Read Next

AŞPA-nın fakt araşdıma missiyasının iclası keçiriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir