69 yaşında ata olan PREZİDENT

Fevralın 2-də axşam saatlarında Finlandiya Prezidenti Sauli Niinistö və həyat yoldaşı Jenni Haukio cütlüyünün oğlu olub.

Etikxeber.az  Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısının dəftərxanası məlumat yayıb. Məlumatda prezidentin doğuşda iştirak etdiyi və körpənin vəziyyətinin yaxşı olduğu bildirilir.

finland prez

Bu, 69 yaşlı Niinistönün ikinci evliliyidir. Onun birinci həyat yoldaşı 1995-ci ildə avtomobil qəzası nəticəsində həlak olub. İlk evliliyindən iki oğlu olan prezident 2009-cu ildə 40 yaşlı şairə Jenni Haukio ilə ailə həyatı qurub. O, Finlandiya tarixində prezidentliyi dövründə ata olan ilk dövlət başçısıdır.

Xatırladaq ki, Sauli Niinistö yanvarın 28-də yenidən ölkə prezidenti seçilib və fevralın 1-də vəzifəsinin icrasına başlayıb. O, 67,2 faiz səslə digər 7 namizədi xeyli qabaqlayıb və seçkilərin ilk turunda qələbə qazanıb.

Etikxeber.az

Read Previous

Tağı Əhmədov 70 yaşında “Əmək”li oldu… – SƏRƏNCAM

Read Next

“Zeytun budağı” : 947 terrorçu məhv edilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir