“7-cilər”in sırasına daha hansı millət vəkili əlavə oluna bilər?

İndiyə kimi, mediada, sosial şəbəkələrdə ən çox staja malik millət vəkilləri olaraq SSRİ Xalq artisti Zeynəb Xanlarovanın, Arif Rəhimzdənin, o cümlədən, Eldar İbrahimovun, Hadi Rəcəblinin, Hacı Madər Musayevun və Mixail Zabelinin adlarına rast gəlmək olurdu.

Belə ki, sonuncu-6-cı çağırış Milli Məclis (MM) seçkilərinə qatılmayan ünlü sənətkar Z. Xanlarova ilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) yaradıcılarından olan A. Rəhimzadənin 7 dəfə, seçkilərdə iştirak edən E. İbrahimov, H. Rəcəbli, Hacı Madər və M. Zabelinin isə 6 dəfə parlament üzvü olduğu bildirilirdi.

Qeyd dək ki, sonuncu 4 şəxs 6-cı çağırış parlament seçkilərinə qatılsalar da, onlardan 3-cü-E. İbrahimov, Hacı Madər M. Zabelin namizəd olduqları dairələrin lideri namizədləri elan edildilər, H. Rəcəblinin yenidən qatıldığı 74 saylı Lənkəran kənd Seçki Dairəsinin nəticələri isə Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən ləğv edildi.

Beləliklə, MSK və Konstitusiya Məhkəməsinin təsdiqləyəcəyi təqdirdə, E. İbrahimov, Hacı Madər və M. Zabelin də Z. Xanlarova ilə A. Rəhimzadənin nəticəsini təkrarlayacaq, yəni, 7-ci dəfə deputatlıq şansı əldə edəcəklər.

Ancaq “7-cilər”in sırasına daha bir millət vəkilinin-akademik Ziyad Səmədzadənin də adı əlavə edilə bilər.

İndiyə kimi, mediada Z. Səmədzadənin 4 dəfə millət vəkili- sonuncu çağırış Ali Sovetin (1990-95) və 3, 4 və 5-ci çağırış MM-in üzvü olduğu qeyd olunsa da, onunla bağlı yeni məqamlar üzə çıxıb.

Belə ki, Z. Səmədzadə ilə bağlı bir müddət öncə işıq üzü görmüş geniş biblioqrafik kitabda onun 4 dəfə deyil, əslində 6 dəfə parlamentdə təmsil olunduğu əksini tapıb.

Z. Səmədzadənin sovetlər dövründə daha iki dəfə-1980 və 1985-ci illərdə, 10 və 11-ci çağırış Ali Sovetin üzvü olduğu məlum olub.

O, hər iki dəfə Gəncə şəhərindən, Nərimanov Seçki Dairəsindən parlamentə üz seçilib.

Beləliklə, E. İbrahimov, H. Rəcəbli, Hacı Madər və M. Zabelin kimi, Z. Səmədzadə də 6 dəfə parlamentin üzvü olub. Və növbəti dəfə 23 saylı Nəsimi-Səbail Seçki Dairəsindən seçkilərə qatılıb, Dairənin (seçkilərin) lider namizədi olub.

Onunla bağlı müsbət qərar veriləcəyi, dəyişiklik olmayacağı təqdirdə, Z. Səmədzadə öz növbəsində 7 dəfə millət vəkili olmuş ən stajlı millət vəkillərindən birinə çevriləcək.

Eyni zamanda, o, ən uzun müddətli millət vəkili olacaq.

Belə ki, birinci və ikinci çağırışları da çıxmasaq, Z. Səmədzadə son 40 ildə millət vəkili statusunu daşıyan yeganə millət vəkili olacaq…

Etikxeber.az

Read Previous

Parlament binası-SATIŞA ÇIXARILDI…

Read Next

Roma, Berlin və DTX…-SAHİB ALIYEV YAZDI

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir