7 namizəddən Kamaləddin Qafarova qarşı-ÜSYAN-YENİ SEÇKİLƏR TƏLƏB EDİLDİ…

9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış 7 namizəd seçki saxtakarlığına etiraz əlaməti olaraq birgə bəyanat imzalayıb.

Etikxeber.az xəbər verir ki, bəyanatı Elşad Musayev, Günel Səfərova, Nemət Kərimli, Ülvi Həsənov, Rəşad Rzayev, Əpoş Vəliyev Elnur Qasımov imzalayıblar.

Həmin bəyanatı olduğu kimi, təqdim edirik:

“9 saylı Binəqədi ikinci seçki dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntuları, karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə mənzil istismar sahələrindən alınan saxta arayışlar əsasında səsvermədə iştirakı, bülletenlərin sayılmadı prosesindən müşahidəçilərin kənarlaşdırılması və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları tərəfimizdən aşkar olunmuşdur.

Yuxarıda göstərilənləri nəzərə alaraq, 9 saylı Binəqədi ikinci seçki dairəsində total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilən seçkilərin seçicilərin iradəsinin nəzərə alınmadığını qeyd etməklə seçkilərin nəticələrini rəsmi qaydada tanımadığımızı bəyan edir və yeni seçki keçirilməsini tələb edirik.

Qeydə alınmış namizədlər

Elşad Musayev

Əpoş Vəliyev

Elnur Qasımov

Rəşad Rzayev

Günel Səfərova

Nemət Kərimli

Ülvi Həsənov”.

Qeyd edək ki, həmin Dairənin qalibi 5-ci çağırış parlamentin üzvü Kamaləddin Qafarov elan edilib.

Etikxeber.az

Read Previous

Mətbuat Şurası KİV-ləri diqqətli olmağa-ÇAĞIRDI

Read Next

“Əgər pozuntular olubsa, bir də demək istəyirəm ki, araşdırılacaq…” – PREZİDENT BİR DAHA SEÇKİLƏRDƏN DANIŞDI…- FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir