7 nömrəli müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti dayandırıldı

Paytaxtın marşrut şəbəkəsində aparılan təkmilləşdirmə işləri çərçivəsində 7 nömrəli müntəzəm şəhərdaxili marşrutun fəaliyyəti dayandırılıb.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev Etikxeber.az-a deyib.

O bildirib ki, qeyd edilən marşrutun fəaliyyətinin dayandırılmasının sərnişinlərə təsirini minimuma endirmək üçün Bakı Nəqliyyat Agentliyi həmin xətt üzrə hərəkət edən marşrutların müvəqqəti istismarçılarına avtobuslarının sayının artırılaraq sərnişin axınına uyğun nizamlanmalarını tapşırıb.

Qeyd edək ki, 7 nömrəli müntəzəm şəhərdaxili marşrut xətti üzrə avtobuslar 9-cu mikrorayon Həmzə Babaşov küçəsindən Füzuli meydanı, Şəmsi Bədəlbəyli küçəsi eləcə də əks istiqamətdə hərəkət edirdi. Bu istiqamətdə gedib-gələn sərnişinlər 18 nömrəli müntəzəm şəhərdaxili marşrutundan istifadə edə bilərlər.

Etikxeber.az

Read Previous

Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin işğalından 25 il keçir…

Read Next

Düşmən atəşkəs rejimini ümumilikdə 33 dəfə pozub

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir