“7 saylı marşruta kənardan daş atılaraq şüşələri sındırılıb…” – BAŞ PROKURORLUQ

Baş Prokurorluq Sumqayıt şəhərində marşrut avtobusunun atəşə tutulması barədə məlumatlara aydınlıq gətirib.

Etikxeber.az-ın xəbərinə görə, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya deyib ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlar həqiqəti əks etdirmir.

“Belə ki 7 saylı marşrut avtobusuna kənardan daş atılaraq şüşələri sındırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb, hazırda inzibati xətanı törədən şəxs və ya şəxslərin müəyyən olunaraq tutulması istiqamətində zəruri tədbirlər davam etdirilir”.

Etikxeber.az

Read Previous

Deputat cəbhə bölgəsindən yazdı – FOTOLAR

Read Next

6 bal gücündə zəlzələ baş verdi – AZƏRBAYCANDA

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir