70 ilin tanışı və ya bizim Hadi müəllim!

“Görünən kəndə nə bələdçi?!”, deyib ata-babalarımız…Amma və lakin…Həyatda elə insanlar, elə şəxslər və elə ŞƏXSİYYƏTlər var ki, onlar haqqında hər gün yazılsa, hər gün deyilsə, yenə azdır…Çünki onlar seçilmişlərdir, onlar hər an diqqətdə olmağı, gündəmə gətirilməyi, xatırlanmağı haqq edənlərdəndir…Belə ŞƏXSİYYƏTlərdən biri də, bu haqqı haqq edənlərdən biri də heç şübhəsiz ki,  millət vəkili, siyasi elmlər doktoru, professor, Mili Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri Hadi Musa oğlu Rəcəblidir…

hadi racabli-hadi

Elə bu yerdəcə qeyd edim ki, Hadi Rəcəbli ilə bağlı cəmiyyətdə mövqelər birmənalı deyil, fikirlər müxtəlifdir, onu qəbul edənlər də, etməyənlər də, öyənlər, təqdir edənlər də, tənqid edənlər də (bəzən tənqid həddini aşanlar-aşıranlar da…) var…Amma bu insanı aşağı-yuxarı son 30-32 il ərzində qiyabi və əyani (yaxından) şəkildə tanıyan birisi kimi tam əminliklə və qətiyyətlə deyə bilərəm ki, mediada, xüsusilə də, sosial şəbəklərdə Hadi Rəcəblini bilmədən-tanımadan hədəf seçənlər ömürlərində bircə dəfə onu görsəydilər, onunla təmasda, ünsiyyətdə olsaydılar, onun etdikləri ilə tanışlıq əldə imkanı etsəydilər, 180 dərəcədə-müsbətə doğru fikirlərini, mövqelərini dəyişərdilər…Çünki onun fəaliyyət dairəsinin, həyat fəlsəfəsinin mərkəzində xalq və dövlət naminə iş, yenə də iş, əmək, zəhmət, yaradıcılıq dayanır… Hadi Rəcəbli o şəxslərdən, o millət vəkillərindən və o komitə sədrlərindəndir ki, onunla hər zaman, istənilən an ünsiyyət qurmaq, əlaqə saxlamaq mümkündür…O, daim işinin başındadır, onu ya Milli Məclisdəki kabinetində qanunlar  üzərində işləyərkən, qanun yaradıcılığı ilə məşğul olarkən,  ya da seçiciləri ilə birbaşa-yerində təmas qurarkən görmək mümkündür…
hadi-6
Yaşının bir qədər çox olmasına- əslində ona çox yaş da vermək olmaz- baxmayaraq, gününün ən azı 13-14 saatını iş başında keçirir, yazır-pozur, seçicilərinin (hətta, onun seçildiyi-təmsil etdiyi dairəyə aid olmayanların da) problemlərini anındaca həll etmək üçün əlindən gələni və gəlməyəni edir, etməyə çalışır, bir sözlə, enerjildir, tükənməz enerjiyə və səbrə malikdir,  yorulmazdır, işgüzardır…Bir çox həmkarlarından fəqrli olaraq, telefonu, hətta, vatsapı, “facebook” profili hər zaman hər kəsin üzünə açıqdır…Kimin nə sözü olsa, nə problemi varsa, ilk onu axtarır, ilk yada düşən məhz o olur…Heç kimdən qaçmır, gizlənmir, özünü dandırmır…Bəzən onu elə təmənnasız əldə tutduğu, kömək etdiyi insanlar “vurur”, amma o yenə də yıxılmır, ayaqları üstündə dik, məğrur dayana bilir, incimir, küsmür, əksinə, daha da əzmkar, mətin, mübariz və prinsipilal və xeyirxah olur…Etdiklərini də dilə gətirmir, kimsənin başına qalxmır, “bu da bir ömür, bu da bir tale, bu da bir həyatdır”, deyib gülə-gülə hər şeyin üstündən keçir, bağışlayır, kin saxlamır…
hadi-7
…Rəcəbli Hadi Musa oğlu 1947-ci il oktyabrın 25-də Lənkəran rayonunun Viravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. 1963-cü ildən Lənkəran çörək zavodunda fəhlə, mühasib, texnoloq, iqtisadçı işləmişdir. 1971-ci ildən Lənkəran Şəhər Komsomol Komitəsinin ikinci katibi, 1972-ci ildən birinci katibi, 1978-ci ildən “Bakinskiy raboçiy” qəzetinin xüsusi müxbiri, 1980-ci ildən Lənkəran Şəhər İcraiyyə Komitəsinin sədri olub. 1981-ci ildən Azərbaycan KP MK-nın inspektoru, 1983-cü ildən Şəki Şəhər Partiya Komitəsinin birinci katibi, 1989-1995-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabinetində referent, aparıcı mütəxəssis, bölmə müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Surasının üzvüdür.
On birinci çağırış Azərbaycan SSR Ali Sovetinin, birinci, ikinci, üçüncü, dördüncü və beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.
2015-ci il noyabrın 7-də 74 saylı Lənkəran kənd seçki dairəsindən deputat seçilib. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədridir. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Çin, Azərbaycan-İran, Azərbaycan-Belarus, Azərbaycan-Koreya, Azərbaycan-Serbiya, Azərbaycan-Yaponiya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür.
Siyasi elmlər doktoru, professordur. “ŞÖHRƏT” ordeni ilə təltif edilib. 9 kitabın və 220-dən çox elmi-publisistik məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
Evlidir, 4 övladı, 9 nəvəsi var…
hadi-4
Hadi müəllimi “dinc” insan da saymaq olmaz…Hər zaman axtarışdadır, yerində dayanmır, hər zaman siyasi meydandadır, siyasi mübarizənin önündə gedənlərdəndir…Çoxlarından fərqli olaraq,  kraxmallanmış, ütülülənmiş fikirlər də səsləndirmir, “təki məndən ötsün, qardaşıma dəysə də, dəysin”, deyib geri çəkilənlərdən, kənarda dayananlardan deyil…Nəyi necə düşünürsə, o cür də ifadə edir-hətta, ona baha başa gəlsə, onu hədəf taxtasına çevirsə belə…Xalqına, dövlətinə, iqtidarına, üzvü olduğu Yeni Azərbaycan Partiyasına, ölkə rəhbərinə də sədaqətlidir…Çünki SƏDAQƏT onun üçün ən öndə gəlir…Elə bu səbəbdəndir ki, üzvü olduğu partiyası da, daxil olduğu hakim siyasi komanda və ölkə rəhbərliyi də daim onu fəaliyyətini yüksək qiymətləndirir, sayır-seçir…
hadi-yeni-il
Cəmi 3 gün sonra Hadi müəllimin növbəti doğum günü gəlir…Onun 70 yaşı tamam olur… 70 illik əziyyətlərlə, sınaqlarla, mübarizələrlə, gərgin əmək və zəhmətlərlə, geniş fəaliyyətlərlə dolu qürurlü və şərəfli bir ömür, həyat yolu…Bu həyat yolunda da onunla birgə addımlayan, ona güc-qüvvət verən ailəsi-həyat yoldaşı, övladları, nəvələri…Hadi Rəcəblini bəxti gətirən insanlardan da bir hesab etmək olar…Çünki gözəl, sədaqətli, etibarlı ailəsi var, gözəl ailə sahibi, ailə başçısıdır…
hadi
hadi-neve-aile
hadi-neve
Hadi müəllimi cəmi 3 gün sonra tamam olacaq 70 illik yubiley doğum günü münasibəti ilə təbrik edir, ona elmi, siyasi-deputatlıq fəaliyyətində növbəti uğurlar, şəxsi-ailə həyatında yeni-yeni nailiyyətlər, zəfərlər arzulayıram.
Doğum gününüz, 70 illik yubileyiniz mübarək olsun, əzizimiz Hadi müəllim!
hadi-3
Kamil HƏMZƏOĞLU
Etikxeber.az

Read Previous

“Qarabağ üçün etdiyimiz kiçik şeylərə görə qürurlanmamalıyıq, təşəkkür də gözləməməlyik” – DEPUTAT

Read Next

Pan-Afrika Parlamentinin prezidenti Azərbaycana gəlib – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir