70 yaşayış məntəqəsinə qar yağdı…

Dağlıq Lerik rayonuna bu ay ikinci dəfə qar yağıb.

Etikxeber.az bildirir ki, Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Habil Məlikovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, yağıntı rayonun 70-ə yaxın yaşayış məntəqəsini əhatə edib. Belə ki, qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 5-10 sm təşkil edib. Qar yağışı rayonda  hər hansı ciddi çətinliklər yaratmayıb. Lənkəran-Lerik şosesində sürüşmə aktivliyinin artması səbəbindən yolda xırda uçqunlar baş versə də, 43 saylı rayon yol-istismar sahəsinin işçi qüvvəsinin və ağır texnikasının köməyi ilə problem operativ qaydada aradan qaldırılıb.

Rayona elektrik enerjisinin, təbii qazın və içməli suyun verilməsində də heç bir çətinlik yaşanmayıb.

Ucqar yaşayış məntəqələrinə gedən avtomobil yollarının nəzarətə götürüldüyünü bildirən icra rəsmisi lazım gəldiyi təqdirdə qum və duz ehtiyatından istifadə ediləcəyini söyləyib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti oktyabrın 27-ə kimi davam edək. Bu gecə yüksək dağlıq ərazilərdə temperaturun mənfi 1-2 dərəcəyə kimi enəcəyi gözlənilir.

Etikxeber.az

 

Read Previous

Azərbaycan üç və daha çox islahat aparan 29 ölkədən biri olub…

Read Next

Növbəti açıq hərracda 31 dövlət əmlakı özəlləşdirilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir