70 yaşı tamam olan deputat və akademik – TƏLTİF OLUNDU – YENİLƏNİB

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev İsa Əkbər oğlu Həbibbəylinin 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Etikxeber.az  xəbər verir ki, Sərəncamda deyilir:

isaHebibbeyli-750x445

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və elmin inkişafında xidmətlərinə görə İsa Əkbər oğlu Həbibbəyli 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, İ.Həbibbəyli AMEA-nın həqiqi üzvü, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, Milli Məclisin deputatıdır. 

Oktyabrın 16-da İ.Həbibbəylinin 70 yaşı tamam olur. 

Etikxeber.az

Read Previous

Ziyad Səmədzadə:VASİM MÜƏLLİM MİLLİ SƏRVƏTİMİZDİR

Read Next

Nazarbayev, Mirziyoyev və Orban ölkələrinə döndülər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir