700-ə yaxın əməkdaş barədə intizam tənbeh tədbirləri tətbiq edilib – NAZİRLİK

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, sosial müdafiə və aktiv məşğulluq tədbirlərinin gücləndirilməsi ilə yanaşı, həssas qrupların rifah halının yaxşılaşdırılmasına yönələn tədbirlərin təşkilində qanunvericiliyin tələblərinə ciddi şəkildə əməl olunması və vətəndaşlarla münasibətlərin şəffaf qurulması Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətində başlıca prinsiplərdən biridir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Etikxeber.az-a verilən məlumata görə, xüsusilə əhali ilə sıx əlaqənin mövcud olduğu yerli strukturların fəaliyyətinə, onlar tərəfindən sosial proqramların, o cümlədən özünüməşğulluq proqramının icrasına nəzarət həyata keçirilir, vətəndaşlar tərəfindən daxil olan şikayətlər operativ araşdırılır.

Fəaliyyətində, vətəndaşlara xidmətlərdə nöqsanlara yol verən, dövlət qulluqçularının etik davranış qaydalarına zidd elementlər aşkar edilən əməkdaşlarla bağlı aidiyyəti tədbirlər görülür, hər hansı qanun pozuntularının aradan qaldırılması təmin edilir.

Daxili nəzarət tədbirlərinin nəticəsi olaraq ötən il nazirliyin mərkəzi aparatı və struktur bölmələri üzrə 687 əməkdaş barəsində intizam tənbeh tədbiri tətbiq olunub. Həmçinin nazirliyin 26 struktur vahidi üzrə audit yoxlamaları aparılıb, 4 struktur vahidi üzrə audit yoxlamaların nəticələrinə dair tərtib edilən sənədlər müvafiq araşdırma və hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilib.

İl ərzində 255 nəfər isə dövlət qulluğuna qəbulla bağlı qanunvericilik qaydasında nazirlik sistemində işə qəbul edilib.

Etikxeber.az

Read Previous

“Lill” baş məşqçi ilə müqaviləni yenilədi

Read Next

Alışanov vəzifəsindən kənarlaşdırıldı – SƏRƏNCAM

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir