“Yumşalmalara gedəndə bəlli artmalar gözləniləndir…Hər bir vətəndaş qaydalara əməl etməlidir…”-“TƏBİB” RƏSMİSİ – YENİLƏNİB – (2)

Mərhələli şəkildə yumşalmaya getməyimiz davam edir. Müşahidə edirsiniz ki, yumşalmalara gedəndə bəlli artmalar gözləniləndir.

Etikxeber.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri , deyib.

O, bildirib ki, bu, heç də o demək deyil ki, qaydalara riayət etməməliyik:

“Hər bir vətəndaş qaydalara əməl etməlidir”.

***

“Dünyada koronavirus xəstələrinin 5-10%-i çox ağırlaşmış vəziyyətə gəlirlər. Bizim də 5-6% xəstələrimiz ağırlaşıb”.

Bunu isə mətbuat konfransında Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının reanimasiya şöbəsinin müdiri Emil Qasımov deyib.

O, bildirib ki, vəziyyəti ağırlaşmış, kritikləşmiş xəstələrimizin müalicəsi ilə məşğul olublar:

“Bu xəstələrin ölüm faizi daha yüksəkdir. COVİD həqiqətən çox fərqli xəstəlikdir. Fəaliyyətimizin bir dövrünün xaricdə olmasını da nəzərə alsaq, bu cür ağırlaşmış virusla qarşılaşmamışıq. Bu dövrdə xəstələrin müəyyən qismini itirmişik. Ancaq həm xəstəxana, həm də reanimasiya şöbəsi olaraq, əlimizdən gələni etmişik. Şöbələrin hamısı birlikdə bu xəstələri müalicə etməyə çalışmışıq. Nəticələrimiz dünyanın bir çox inkişaf etmiş ölkələri ilə eyni səviyyədə, hətta bəzilərindən yaxşıdır. Bütün dünyada reanimasyon xidmət çox bahalıdır. Biz hələ tam sığorta ölkəsi olmasaq da, pandemiya başlayan gündən dövlətin dəstəyini tam hiss etmişik. Reanimasiyada çox bahalı dərmanlardan istifadə olunur. Bunların hamısı dövlətimiz tərəfindən təmin olunub. Payız və qış aylarında yenidən 2-ci dalğa olarsa, daha təcrübəli şəkildə bu mübarizəyə davam edəcəyik”.

Y. Qarayeva öz növbəsində bildirib ki, mətbuat konfransında iştirak edən həkimlərin çalışdığı xəstəxanalar ilk gündən bu mübarizəyə qoşulub:

“Onlar bu işi, mübarizəni quran və təşkil edən həkimlərdir”.

***

“Koronavirus hava-damcı yolu ilə yoluxur”.

Bunu da mətbuat konfransında Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Fərrux Sədirov deyib. 

Onun sözlərinə görə, xəstə insanla çox yaxın təmas, 4-5 dəqiqədən artıq maskasız ünsiyyət zamanı yoluxma ehtimalı inkar edilmir. 

17:33

***

Sonra “Bizdə kritik xəstələrin sayı may ayından sonra artmağa başladı”-deyən E. Qasımov bildirib ki, bütün dünyada koronaviruslu xəstələrin vəziyyətinin kritikləşməsi ağciyər çatışmazlığıdır:

“Yan xəstəlikləri olan insanlarda koronavirus ağırlaşır. Diabeti, yüksək təzyiqi, ürək xəstəlikləri olanlarda ağırlaşma baş verir. Tənəffüs çatışmazlığı əsas ölüm səbəbidir. Kornavirus yeni virus olduğu, insan orqanizmi buna yad olduğu üçün immun sistemi kontrolsuz vəziyyətə gəlir, anormal cavab verir. Ən çox zədələnən orqan ağciyər olur. Orqanizm iltihablı maye ilə dolur. İltihablı maye ilə dolan orqanizmin oksigenin alışı və karbonun verişi prosesi pozulur. Daha sonra digər orqanların zədələnməsi baş verir. Orqan çatışmazlığı yaranır. Azərbaycanda və dünyada insanları ağciyər çatışmazlığından itiririk”.

Y. Qarayeva isə bildirib ki, COVID xəstələrinin sayının artması ilə əlaqədar qeyri-COVID xəstələrinin ölüm sayının artması ilə bağlı müraciətlər olmayıb:

“Burada məsələ odur ki, COVID xəstəliyi çox sürətlə yayılır. Bu isə qeyri-COVID xəstələrinə tibbi müdaxilənin gecikməsinə səbəb ola bilərdi. Biz bunu nəzərə almışıq. Hansısa xəstəxananı koronavirusla mübarizəyə ayırırıqsa, qeyri-COVID xəstələrinin müalicəsi üçün alternativ yollar düşünülür”.

Etikxeber.az

Read Previous

Müraciətlər də-“ASAN”LAŞACAQ – SƏRƏNCAM

Read Next

“Lavrov nədən öz müttəfiqlərini belə asanlıqla “baqaja” qoyur?”-SABİQ DEPUTATDAN LAVROVA SUALLAR VƏ İTTİHAMLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir