“Bunu pandemiyanını ikinci və milli dalğası da saya bilərsiniz…”-TANINMIŞ JURNALİST TOY(LAR)DAN YAZDI VƏ…

Rəhmətlik Səməndər demiş, bu toy ki, var, vacib məsələdir…

Təkcə bəyə gəlinə yox, bütövlükdə ölkəyə toy tutublar!

Dövlət, hökumət adamların qarşısında diliqısa, gözükölgəli oldu.

İndi sıravi adamlar özünə ziyan verəcək şeylər edəcəklər.

Bunu pandemiyanını ikinci və milli dalğası da saya bilərsiniz.

Təbrik edirəm!..

***

Gələk toplantıya.

Sözün əvvəlindəki to-nu, arxasındakı tı-nı çıxsan, qalır plan. Yəni əməlli başlı plandır.

Məncə siz, Səyavuş müəllimin toPLANtı sözünü seçməsini, dara-bara salmayın!)

Bəri durun, mən deyim, siz sayın, görün, nə yaratdı o to-PLAN-tı?..

***

Ölkənin siyasi elitasının bir hissəsi, o biri hissəsinin məhləsində, polatka toyunda iştirak edib. Bir toyluq tanınmış, varlı adama dövlət cəriməni necə kəssin? Onun xırda məmuru “Gənclik”dəki kasıb doqquz mərtəbələrdən, varlılar məhləsinə adlaya bilmir qorxudan.

Ombudsmana cərimə çekini kim, necə təqdim edəcəklər?

Hələ Ramiz müəllimi demirəm!

Ədalətdən danışan bircə YAP yetkilisinə, Səyavuş müəllimə, bundan sonra kim inanacaq?

Onlara bu cərimələri sənədli, subutlu təqdim edəcəklərmi? Belə baxanda, adi, məişət zəminində olaydı, amma əməlli ictimai narazılıq yaradıb. Hər kəs, birinci addımı kimin atacağını gözləyir.Hər kəsi bir sual maraqlandırır. Bundan sonra dövlət hansı üzlə, kimi cərimələyəcək? Kimə toy, vay, qadağası qoyacaq?

Gözün aydın məmləkət. Başını yenə də iki daş arasına qoydular. Əslində bəlkə hər şeyi alt-üst eləməyin bundan gözəl variantı da yox idi. Sən yenə də döz məmləkət, belədir də nə deyə bilərik axı, acizik, nə qədər ağır söz olsa da o qədər həqiqətdir!..

***.

..Niyəsə yadıma karantində qayda pozub, işləyən kafedə qab yuyan, “mişkalı” xalatlı, əli qabarlı, yağloça, bölməyə gətirilən, şəp-şüplü qadın düşdü.

Əslində, o, həm də məmləkətin günündə idi, yazıq və yorğun…

Jalə MÜTƏLLİMOVA,

21.08.2020

Etikxeber.az

Read Previous

“Lavrov nədən öz müttəfiqlərini belə asanlıqla “baqaja” qoyur?”-SABİQ DEPUTATDAN LAVROVA SUALLAR VƏ İTTİHAMLAR

Read Next

“Məsələ Rusiya və ya Türkiyə ilə bağlı narahatçılıq deyil, məlum şəbəkənin yönləndirməsi ilə qaralama kampaniyası aparmaqdır”-FAZİL MUSTAFADAN ZAHİD ORUCA DƏSTƏK

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir