Rasim Əhməd oğlu Balayev “İstiqlal” ordeni ilə təltif edilib.
Etikxeber.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.
Rasim Balayev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə “İstiqlal” ordeni ilə təltif olunub.
Qeyd edək ki, sabah Xalq artistinin doğum günüdür.
Onun 75 yaşı tamam olur.

Etikxeber.az