777 AAA nömrə nişanı 25 min dollara satıldı

Avtomobil nömrə nişanları Qırğızıstanın dövlət qeydiyyat xidmətinin elan etdiyi hərracda satışa çıxarılıb. Satışa çıxarılan 777 AAA nömrə nişanı 25 min dollara satılıb.

Etikxeber.az xarici KİV-lərə istinadla xəbər verir ki, Qırğızıstanda ilk dəfə olaraq nadir rəqəm kombinasiyalı dövlət avtomobil nömrə nişanlarının satışı üzrə online-hərrac keçirilib. Üç mərhələdə keçiriləcək hərraca ümumilikdə 51 nömrə dəsti çıxarılıb. “Nüfuzlu” 111, 222 və digər nömrələrin start qiyməti 584 dollardan, 002-009, həmçinin 100, 200, 300 və bu kimi nömrələrin qiyməti isə 438 dollardan başlayır.

Mətbuat xidmətinin verdiyi məlumata əsasən, start qiyməti 60 min somdan (876 dollar) başlayan 777 AAA dövlət nömrə nişanı alıcılar arasında dörd saat sürən çəkişmədən sonra 1,7 milyon soma (25 min dollar) satılıb. 001 AAA (01-Bişkekin kodudur) kombinasiyalı dövlət nömrə nişanı isə təxminən 9 min dollara alıcı tapıb.

Dövlət qeydiyyat xidməti bu yolla avtomobil nömrə nişanlarının satışından əldə edilən vəsaiti indiyə qədər olduğu kimi, müəyyən şəxslərin cibinə deyil, respublika büdcəsinə yönəltmək istəyir.

Etikxeber.az

Read Previous

Yağıntılar davam edəcək, bəzi yerlərdə intensiv olacaq, sulu qara, qara keçəcək- Nazirlikdən xəbərdarlıq

Read Next

Əliyeva Popova ilə görüşdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir