78 yeni COVID-19 infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında 78 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu haqda Etikxeber.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat daxil olub.

Qeyd olunub ki, xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş həmin şəxslərdən 17 nəfərin vəziyyəti ağır, 26 nəfərinki orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ümumilikdə, hazırkı dövrə kimi ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 521 şəxsdən 32 nəfəri müalicə olunaraq sağalmış, 5 nəfər vəfat etmiş, 484 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Etikxeber.az

Read Previous

Hansı millət vəkilləri və HÖKUMƏT ÜZLƏRİNDƏN KİMLƏR MM-İN 9 APREL İCLASINA QATILMAYA BİLƏR?-SİYAHI – YENİLƏNİB

Read Next

Təhsil Nazirliyinin yeni 146-3 “Qaynar xətt” xidməti-FƏALİYYƏTƏ BAŞLAYACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir