8 ayda 16 milyon tona yaxın tranzit yük daşınıb – CAVİD QURBANOV

“Azərbaycan Dəmir Yolları” QSC bu ilin 8 ayında 16 milyon tona yaxın tranzit yük daşıyıb.

Etikxeber.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov deyib.

O,  bildirib ki, 2014-cü ildə dəmir yolu vasitəsilə 21 milyon 800 min ton, 2015-ci ildə 27 milyon ton, bu ilin 8 ayında isə 15,5 – 16 milyon ton tranzit yük daşınıb.

Cavid Qurbanovun sözlərinə görə, yükdaşımalarının həcminin artırılması üçün daha əlverişli tarif siyasəti yürüdülməlidir. Bu isə öz növbəsində dəmiryolçuların əmək haqlarının artmasına kömək olacaq.

Etikxeber.az

Read Previous

Atəşkəs rejimi 15 dəfə pozulub

Read Next

Əliyev : “Azərbaycan öz müstəqil siyasətini davam etdirəcək”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir