“822 saylı qətnamənin qəbulundan 27 il keçir, amma hələ də Kəlbəcər işğaldadır…”-MİLLƏT VƏKİLİ BMT VƏ ATƏT-İ TƏNQİD ETDİ

Bu gün təcavüzkar Ermənistan tərəfindən 1993-cü ildə AXC-Müsavat hakimiyyəti dövründə Azərbaycanın dilbər güşəsi olan Kəlbəcər rayonunun işğalından dərhal sonra BMT Təhlukəsizlik Şurasının təcavüzkar Ermənistanın təcavüzkarlıq siyasətini pisləyən 822 saylı qətnamənin qəbul etdiyi gündür.

Etikxeber.az xəbər verir ki, bunu öz sosial şəbəkə hesabında millət vəkili Məlahət İbrahimqızı qeyd edib.

“Qətnamədə açıq-aşkar Ermənistanın Azərbaycanın ərazi bütövlüyünə təcavüz etdiyi, qeyd-şərtsiz işğalçı ordunun Azərbaycan torpaqlarından çıxması və qaçqın və məcburi köçkünlərin öz ocaqlarına qayıtması əksini tapsa da 27 ildir ki, Ermənistan ermənipərəst qüvvələrin havadarlığı, beynəlxalq təşkilatların susqunluğu və ikili standartlarla yanaşması və ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətsizliyinə görə heç bir nəticə yoxdur. Hələ də zəngin təbii sərbətləri olan Kəlbəcər torpağl işğalçılar tərəfindən zəbt və qəsb edilir”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

Niyaməddin Musayevlə Akif Əsgərov 2-ci dərəcəli “Əmək” ordeni ilə-TƏLTİF OLUNDU – SƏRƏNCAMLAR

Read Next

“Nəşrlərin beynəlxalq mübadiləsinə dair” Konvensiya-RATİFİKASİYA OLUNACAQ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir