Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Son 10 ildə dünyada 827 jurnalist öldürülüb.
Etikxeber.az-ın Türkiyənin “ YeniMesaj” qəzetinə istinadən verdiyi xəbərə görə, bu gün YUNESCO 10 il ərzində, yəni 2006-ci ildən 2015-ci ilin sonuna qədər öldrülən jurnalistlərin sayı barədə hesabatını təqdim edib. Belə ki, onların bir qismi münaqişələrin, digər bir qismi isə sifarişli qətllərin qurbanı olublar.
“Ölüm hadisələrinin yalnız yüzdə 8%-nin üstü açılıb. Hər beş gündən bir jurnalist ictimaiyyətə son məlumatları çatdırmaq istədiyinə görə, həyatından məhrum olub” – deyə, hesabatda qeyd edilib.
Hesabatda, həmçinin jurnalistlərin qaçırılması, qanunsuz yerə həbs və işgəncələrə məruz qalmaları, eləcə də araşdırma yazılarına əl qoyulması kimi faktlar da yer alıb.
Hesabatda 2014 və 2015-ci ildə ümumilikdə 213 jurnalist qətlə yetirildiyi bildirilir: Jurnalistlərin 78-i Suriya, İraq, Yəmən, Liviyada, 51-i Latın Amerikası və Karibdə, 34-ü Asiya və Sakit okean bölgəsində, 12-i orta və şərq Avropa öldürülüb”.
Qeyd edək ki, 2015-ci ildə “Charlie Hebdo” satirik jurnalının Paris redaksiyasına hücum zamanı 8 nəfər öldürülüb.
Etikxeber.az