83 saylı liseyin 4 “B” Sağlam təhsil” sinfinin dərsi Xocalıya həsr olundu – FOTOLAR

Bu gün Binəqədi rayon 83 saylı məktəb-liseyin 4 “B” Sağlam təhsil” sinfinin şagirdləri tərəfindən də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Etikxeber.az-a bu haqda ibtidai sinif müəllimi Aynir Museyibli məlumat verib.

xocali-bine-1

“1992-ci ilin qarlı qışında, fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər xalqımızın yaddaşına əbədilik həkk olundu.XX əsrdə bəşəriyyəti heyrətə salan bu müdhiş cinayət barədə ilk günlərdə xalqa məlumat verilmədi. Sonralar ,AXC-Müsavat iqtidarı dövründə də insanlıq əleyhinə yönələn cinayətə lazimi siyasi və hüquqi qiymət verilməsi üçün heç bir tədbir görülmədi.Yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Xocalı faciəsi özünün əsl siyasi-hüquqi qiymətini aldı, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması üçün təsirli tədbirlər görüldü. Bu siyasət indi  də Azərbaycan dövləti, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilir. Ulu öndərimizin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı Soyqırımı Günü haqqında” qərar qəbul edib. Qəbul edilmiş qərara əsasən 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və bəşər tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunur”-deyən A.Müseyiblinin sözlərinə görə,  elə bu səbədən bu gün Binəqədi rayon 83 saylı məktəb –liseyin 4 “B” Sağlam təhsil” sinfinin şagirdləri tərəfindən də Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

O, qeyd edib ki, daha sonra şagirdlər şerlər söyləyib, öz fikirlərini bölüşüblər:

“Şagirdlər tərəfindən hazırlanan sinif divar qəzetləri, Xocalı hadisələrinə aid guşələr də gənc nəsildə bu dəhşətli faciə barədə ətraflı təsəvvür yaradıb. Sonra Xocalı soyqırımı qurbanlarının xatirəsinə şamlar yandırılıb , onların xatirəsi anılan lövhə qarşısına qərənfillər düzülüb”.

xocali-bine-2

xocali-bine-3

K. HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Xocalı faciəsini unutmadıq, unutmayacağıq – AKŞƏNƏR

Read Next

Əliyev Ərdoğanı təbrik etdi…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir