9 ayda 542,7 kilometr yol tikilib – “Azəravtoyol”

“Azəravtoyol” ASC tərəfindən 2016-cı ilin 9 ayı ərzində uzunluğu 542,7 kilometr təşkil edən ümumi istifadədə olan avtomobil yolları, Bakı şəhəri və onun qəsəbələrinin avtomobil yolları, prospekt və küçələri tikilib, yenidən qurulub və təmir olunub.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, bunlardan 299 kilometri respublika əhəmiyyətli, 180,5 kilometri yerli əhəmiyyətli, 63,2 kilometri isə Bakı şəhərinin yollarıdır.

Respublikanın ümumi istifadədə olan avtomobil yollarında 12 yeni avtomobil körpüsü tikilib, 5-i təmir edilib. Bakı-Şamaxı yolunun Cəngi qəsəbəsindən keçən hissəsində 1 piyada keçidi tikilib, Bakıda isə 1 piyada keçidi təmir olunub.

Bakı şəhərində ümumi uzunluğu 63,2 kilometr olan 30-dan çox avtomobil yolu, prospekt və küçə yenidən qurulub və təmir olunub.

Bundan əlavə, Bakı şəhərinin bütün inzibati rayonları ərazisində 247,2 min kvadratmetr sahədə cari təmir işləri yerinə yetirilib.

Bu dövr ərzində ümumilikdə 708 min ton asfalt-beton istehsal edilib, 40,4 min ton bitum və 3,5 min ton mazut istifadə edilib.

Etikxeber.az

Read Previous

“Mosula göndərməyə reportyorunuz yoxdursa, məni göndərin!” – Telejurnalist

Read Next

Xanım Prezident Xalça Muzeyində olub -FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir