9-cu sinif şagirdi Zahid Orucun rəsmini özünə-TƏQDİM ETDİ – FOTOLAR

94 saylı Bərdə Seçki Dairəsindən deputatlığa namizəd Zahid Oruc Bərdənin Muğanlı kəndində istedadı ilə seçilən 9-cu sinif şagirdinin evinə baş çəkib, onun valideynləri ilə görüşüb.

Etikxeber.az xəbər verir ki, Kubra adlı 9-cu sinif şagirdinin gözəl rəsm çəkmək qabiliyyəti var.

O, öz həmyaşıdlarından məqsədyönlülüyü ilə seçilir, dərs əlaçısıdır.

Özünün bu qabiliyyətini daha da inkişaf etdirib rəssam olmaq istəyir. Şagirdin rəsmlərində vətən, dövlət təəssübü, milli hisslər, Azərbaycanın tarixi,şəhidlərimizlə bağlı motivlər var.

Görüş zamanı Kubra Zahid Orucun rəsmini də ona təqdim edib.

Deputatlığa namizəd üçün bu rəsm sürpriz olub.

Kubra bildirib ki, rəsmi bir gün ərzində işləyib.

Zahid Oruc onun timsalında uğurlu bir Azərbaycan gəncini gördüyünü dilə gətirib, gələcəkdə əsərlərinin böyük sərgilərə layiq olduğunu və dəstəyə hər zaman hazır olduğunu ifadə edib.

Bildirib ki, Bərdə gəncləri fərqli istedadları ilə hər zaman seçilib, müxtəlif sahələrdə uğurlar nümayiş etdiriblər.

Deputatlığa namizəd belə bir ailəni ziyarət etməyin mənəvi borca çevrildiyini söyləyib.

O, eyni zamanda kəndin ictimai problemləri,qarşıdakı vəzifələr barədə də ailə ilə söhbət edib.

Sonda Zahid Oruc Kubraya uğurlar arzu edib, bu ziyarətdən olduqca şad olduğunu dilə gətirib.

Etikxeber.az

Read Previous

“Bu gün Azərbaycan heç bir ölkədən asılı deyil…” -SAHİBƏ QAFAROVA

Read Next

Eldəniz Səlimovun seçicilərlə-NÖVBƏTİ GÖRÜŞÜ – FOTOLAR

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir