9 may-Qələbə günü VƏ QARABAĞ ARZULARI – MİLLƏT VƏKİLLƏRİ NƏ DEDİLƏR?

Bu gün alman faşizmi üzərində qələbənin 75 ili tamam olur. Bu qələbədə Azərbaycanın yeri və rolu danılmazdır. 1941-45-ci illərdə 600000 dən çox Azərbaycan oğlu və qızı, bu savaşda iştirak edib, həyatını itirib, əsir düşüb. Məzarı bu gün də bəlli olmayan itkinlərimiz var. Bu gün həmin igid əsgərlərimizi rəhmətlə anır, həyatda olan qocaman veteranlarımıza uzun ömür, can sağlığı arzulayırıq.

Etikxeber.az-ın xəbərinə görə, bunu millət vəkili, professor Jalə Əliyeva deyib.

Qeyd edib ki, bu gün onlar, onların ailə üzvləri Prezident cənab İlham Əliyevin böyük diqqəti və qayğısıyla əhatə olunublar, Azərbaycan dövlətinin himayəsi altındadırlar.

“Arzu edirik ki, belə bir Qələbə günü gözəl Qarabağımızda qeyd edilsin, inşallah! Buna isə inamımız şəksizdir. İnanırıq ku, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və iradəsiylə torpaqlarımız mütləq geri qayıdacaqdır!”-deyə, o, əlavə edib.

“9 May – Faşizm üzərində Qələbənin 75 illiyi münasibətilə xalqımızı təbrik edirəm.Bu gün bizim ailə üçün ikiqat bayramdır”.

Bunu isə digər millət vəkili, professor Kamilə Əliyeva qeyd edib.

Bildirib ki, çünki atası Əliyev Əli Ağa Ələkbər oğlu da Böyük Vətən Müharibəsinin iştirakçısı olub.

O, həmçinin, qızının babasının keçdiyi şərəfli döyüş yolu haqqında qısa videocarx hazırladığını bildirib.

Millət vəkili eyni zamanda, Azərbaycanın özünün də Qələbə gününün qeyd olunacağına əminliyini ifadə edib.

“İnanıram və əminəm ki, torpaqlarımızın, Qarabağımızın işğaldan azad olunacağı, həmin ərazilərdə də üçrəngli, ay-ulduzlu müqəddəs bayrağımızın dalğalanacağı gün uzaqda deyil. O gün mütləq olacaq”-deyə, millət vəkili sonra bildirib.

Etikxeber.az

Read Previous

Yüzminlərdən biri-NİYAZİ BABAM!- FİRƏNGİZ BABAYEVA YAZIR – FOTOLAR

Read Next

Cümhuriyyət Xalq və Müstəqil Xalq partiyaları da-QEYDİYYATDAN KEÇİRİLDİLƏR – FOTO

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir