Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün daha bir neçə İkinci Vətən Müharibəsi Şəhidinin Anım və Şəhadət Gündür.
9 noyabr 2025-ci il tarixində İkinci Vətən Müharibəsi Şəhidlərindən-Vətən Müharibəsi Qəhrəmanı, ali-hərbi təhsilli, Kapitan, 19 dekabr 1988-ci il təvəllüdlü, ailəli, iki övlad atası Surxay Əbdül oğlu Noçuyevin, 18 iyul 1980-ci il təvəllüdlü, ali-hərbi təhsilli, Mayor Fərid Ələkbərovun, 24 yanvar 1985-ci il təvəllüdülü, ali-hərbi təhsilli, iki övlad atası, Kapitan Nəcəf Şikar oğlu Şikarovun, Çavuş, ailənin iki oğlan övladından biri, subay, 25 iyul 1993-cü il doğumlu, 11 ilin hərbçisi Ramiz İmamverdi oğlu Ağayevin, o cümlədən 17 iyul 1995-ci il təvəllüdlü, ailənin iki oğlan övladından biri, subay, ali təhsilli Əsəd Mahir oğlu Əsədlinin, ailənin yeganə övladı, 30 sentyabr 1995-ci il təvəllüdlü Rəşad İlham oğlu Mikayılzadınin, 29 dekabr 1994-cü il təvəllüdlü, ailənin iki oğlan övladından biri, ali təhsilli, subay Namiq Natiq oğlu Quliyevin Əbədiyyətə uğurlanmalarından və Şəhadətlərindən 5 il ötür.


Qeyd edək ki, Surxay Noçuyev noyabrın 9-da Şəhid olsa da, həmin ayın 14-də Hərbi Memorial Məzarlıqda Əbədiyyətə uğurlanıb.
Həmçinin, Ramiz Ağayev noyabrın 9-da Şəhid olsa da, həmin ayın 12-də Hərbi Memorial Məzarlıqda dəfn olunub.
Adları şəkilən Şəhidlərin Anım və Şəhadət günləri ilə bağlı Hərbi Memorial Məzarlıqdakı məzarları ziyarət olunub.
Məzarları üzərinə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar olunub, “Quran” oxunub.
Çıxışlar edilib, Şəhidlərin Vətənə naminə fədakarlıqlarından, Vətəni hər şeydən üstün və uca tutmalarından söz açılıb.
Ailələrinə, doğmalarına Allahdan səbr və dözüm arzulanıb.
Sonra Hərbi Memorial Məzarlıqda yerləşən Mərasim zalında Ramiz Ağayevin və Nəcəf Şikarovun Anım məclisləri keçirilib, adlarına çay-ehsan süfrəsi verilib, ruhlarına bir daha dualar olunub.
Onu da qeyd edək ki, Şəhidlərin məzarlarını ziyarətdə və Anım məclislərində ailə üzvləri, doğmaları, Şəhid ailələri, Qazilər, hərbçilər, millət vəkilləri, Nizami və Xətai rayon İcra hakimiyyətlərinin rəhbər və məsul şəxsləri, din xadimləri və digər şəxslər iştirak ediblər.
Ruhları şad olsun!
Nurlar içində yatsınlar!
***
FOTOLAR:















***




















Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az





