9 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alındı-OPERATİV QƏRARGAH

Azərbaycanda 9 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan Etikxeber.az-a verilən məlumata əsasən, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri stabildir.

Operativ Qərargahdan bildirilib ki, hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir:

“Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və digər qaydalara əməl etmək tələb olunur”.

Etikxeber.az

Read Previous

Parlamentin Əmək və sosial siyasət komitəsinin üzvləri də maaşlarının bir hissəsini-KORONAVİRUSLA MÜBARİZƏYƏ DƏSTƏK FONDUNA KÖÇÜRƏCƏKLƏR – ÖZƏL

Read Next

Prezident bir illik əməkhaqqı məbləğini Koronavirusla Mübarizəyə Dəstək Fonduna-İANƏ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir