Hidi Vəliyev və Orxan Cümşüdovun adını daşıyan “Şəhidlər bulağı”nın açılışı olacaq-TAP QARAQOYUNLUDA – SABAH

Sabah, 27 iyul tarixində Goranboy rayonunun Tap Qaraqoyunlu kəndində İkinci Vətən Müharibəsinin iki Şəhidinin – Hidi Bəxtiyar oğlu Vəliyev və Orxan Sabutay oğlu Cümşüdovun adını daşıyan “Şəhidlər bulağı”nın açılışı olacaq.

Etikxeber.az xəbər verir ki, açılış mərasimi təxminən 10:30-11:00 radələrində başlayacaq.

Açılış mərasimində hər iki Şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, Qazilər, digər bölgələrdən olan Şəhid ailələri, kənd sakinləri və Goranboy rayon rəhbərliyi iştirak edəcəklər.

“Şəhidlər bulağı”nın açılışında çıxışlar ediləcək, məktəblilər tərəfindən şeirlər səsləndiriləcək.

Eyni zamanda, Dövlət himni səsləndiriləcək, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Qeyd edək ki, Şəhid Hidi Vəliyev 1994-cü ilin mart ayının 2-sində  Tap Qaraquyunlu kəndində anadan olub.

Hidi 2001-ci ildə Goranboy rayonunun Niyazi Aslanov adina Tap Qaraqoyunlu kənd tam orta məktəbinə gedib, 2012-ci ildə həmin məktəbi bitirib.

Orta məktəbi bitirdikdən sonra səhhəti ilə əlaqədar problem yarandığı üçün Hidi bir müddət hərbi xidmətə aparılmayıb.

Ancaq çox keçmədən sağlamlığına qovuşan Hidi sonra hərbi xidmətə yollanıb və 2016-cı ildə könüllü olaraq Aprel döyüşlərində iştirak edib.

03.01.2020-ci il tarixindən isə Ordu sıralarında MAXE kimi işləməyə başlayıb.

27 sentyabr 2020-ci il tarixində başlanan İkinci Vətən Müharibəsində iştirak edən kəşfiyyatçımız Tərtər, Ağdərə istiqamətində gedən döyüşlərdə vuruşub və müharibənin ilk günündə, 27 sebtyabr tarixində qəhrəmancasına həlak olub, Şəhidlik zirvəsinə ucalıb.

Şəhidimiz bir gün sonra, 28.09.2020-ci il tarixində Tapqaraqoyunlu kəndində döyüşlər getdiyinə görə, Qızılhacılı (Balakürd) kənd qəbristanlığında dəfn olunub.

Şəhid Cümşüdov Orxan Sabutay oğlu isə 1993-cü ilin sentyabrın 1-ində Tap Qaraqoyunluda anadan olub.

2015-ci ildə Gəncə Dövlət Universitetinin Menecment ixtisası üzrə məzunu olan Orxan İkinci Vətən Müharibəsi zamanı Füzuli, Xocavənd Şuşa istiqamətində gedən döyüşlərdə iştirak edib və ağır döyüşlərdən birində qəhrəmancasına Şəhid olub.

Nəşi 2020-ci ilin noyabrın 1-ində Goranboy rayonunda torpağa tapşırılıb.

Hər iki Şəhidimiz ölümündən sonra medallarla təltif olunublar.

Nur içində yatsınlar, məkanları cənnətlik olsun!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Etikxeber.az

Read Previous

Toyda qətl törədildi-DAŞKƏSƏNDƏ…-YENİLƏNİB

Read Next

Şəhid Cəmil Məmmədlinin Cənnətdəki ilk ad günü-İKİ GÜN SONRA…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir