92 saylı Dairənin deputatı kimlərə və nəyə görə-MİNNƏTDARLIQ ETDİ?

Ucar rayonunun deputatı olduğum Bərgüşad, Lək və Xələc kəndləri ilə bağlı olaraq ötən həftə qaldırdığımız məsələrdən bir neçəsinin öz həllini tapması xəbəri məni çox sevindirdi. Belə ki, Ucar rayonunun Bərgüşad kəndində mövcud olan və istifadə müddətini bitirmiş 14 elektrik transformatorundan 2-si ötən il dəyişdirilmişdi. Lakin sonradan ötən ilin sonundan etibarən işlər dayandırıldı. Müraciətimizdən sonra, ötən bir-neçə gündən bəri kənddə transformatorların quraşdırılması işləri yenidən başladılmış və hazırda sürətlə davam etdirilməkdədir.

Etikxeber.az xəbər verir ki, bunu 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən olan millət vəkili Jalə Əliyeva deyib.

Qeyd edib ki, Ucarın Lək kəndində isə istifadə müddəti bitmiş və erroziyaya uğramış qaz xəttinin yenilənməsi ilə bağlı müraciəti də öz müsbət həllini tapıb.

“Və hazırda Ləkdə yeni qaz xəttinin əsaslı çəkilişi işləri gedir. Müraciətimizi nəzərə alaraq, operativ tədbirlər gördükləri üçün Nazirlər Kabinetinə, o cümlədən Azerenerji ASC-yə, Azəriqaz İB-nə, eyni zamanda, bütün əlaqədar qurumlara həm öz adımdan, həm də hər iki kəndin seçiciləri adından təşəkkürlərimizi bildirirəm. Xalq hər addımda dövlətin qayğısını görür və bunun üçün ölkə Prezidentinə minnətdardır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Gündəlik həyatımızı alt-üst edən koronovirus daha bir can aldı…”-NAQİF HƏMZƏYEV

Read Next

Formula-1 üzrə dünya çempionatının Azərbaycan Qran-prisi-LƏĞV OLUNDU

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir