Saf, təmiz, çöhrəsindən, simasından Nur daman Şəhidimiz-CƏMİL HƏŞİMLİ… – KAMİL HƏMZƏOĞLU YAZDI

Cəmil Həşimli…

Qəhrəmanım, İgidim, Şəhidim…

Nur üzlüm, Nur simalım…

Bu gün, 5 oktyabr Onun Şəhid olduğu gündür…

Düz bir il öncə-bu gün, axşam saatlarında Vətən torpaqları, Qarabağı uğrunda qəhrəmancasına həlak oldu, Şəhidlik məqamına ucaldı…

Və bir gün sonra, 6 oktyabr 2020-ci il tarixində nəşi Kürdəmir Şəhidlər Xiyabanında torpağa tapşırıldı, əbədiyyətə uğurlandı…

Amma qanı yerdə qalmadı, qisası yerdə qoyulmadı, Qarabağını, Qarabağımızı azad görmək arzusu reallaşdı, gerçəkləşdi-özü kimi Vətən sevdalılarının sayəsində…

Ruhu huzur tapdı…

***

Saatlardır yenə Kürdəmirimdə, yenidən Şəhidim, Cəmilgildəyəm…

Və çox həyacanlıyam…Çox duyğuluyam…

Həyacanımı, hisslərimi gizlətməyə çalışsam da, yenə alınmır…

Fotolarındakı,şəkillərindəki Nur yağan, Nur daman saf, təmiz…simasını, çöhrəsini gördükcə…çox duyğulanıram, çox kövrəlirəm…

Və təsəlli üçün Şəhidimin, Şəhidimizin ailəsinə, əzizlərinə nə deyəcəyimi bilmirəm, sözlər boğazımda kilidlənir…

***

Cəmil həm də ailənin 3 övladından biri, 3 qardaşın ortancılı olub…

Ortancıl övlad olsa da, evin, ailənin ən zəhmətkeşi, sözün hər mənasında ən çox yükdaşıyanı olub…

Qardaşlarının həm dostu, həm sirdaşı, həm arxa-dayağı olub, həm də onu, onları təkbasına, minbir əzab-əziyyətlərlə böyüdən, Vətən üçün layiqli övlad-övladlar kimi yetişdirən anasının-Simuzər ananın dostu, sirdaşı, arxadaşı, köməkdaşı olub…

Simuzər xanım hər zaman daha çox Cəmillə məsləhətləşib, daha çox Cəmillə ağrılarını, acılarını və sevincli anlarını paylaşıb, bölüşüb…

O, həm oğul, həm övlad, həm qardaş, həm də mənəvi ata olub…

***

Cəmi saatlar sonra, 6 oktyabr tarixində isə Anım Günüdür…

Anım Günündə məzarı ziyarət ediləcək, anım mərasimi keçiriləcək, adına ehsan veriləcək…

Məzarı behiştlik, məkanı cənnətlik, ruhu şad, ehsanı qəbul olsun!

Nurlar içində yatsın!

Ruhu qarşısında baş əyirəm!

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

05.10.2021, Bakı-Ağdaş-Kürdəmir

Etikxeber.az

Read Previous

Şəhid Əkbər Məsimov-CƏNNƏTDƏKİ İLK AD GÜNÜ, MƏZARININ ZİYARƏTİ VƏ “ŞƏHİD BULAĞI”NIN AÇILIŞI…-FOTOSESSİYA

Read Next

“Bu, qarşı tərəfin heç bir real əsası olmayan növbəti uydurmasıdır”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir