Evin tək, subay, ali təhsilli oğlu, 4 medallı Cəmil Məmmədlinin-MƏZARININ ZİYARƏTİ, MEDALININ TƏQDİMATI VƏ ANIM MƏRASİMİ-FOTOSESSİYA – YENİLƏNİB – (2)

Bu gün İsmayıllı və Bakının Səbail rayonunun İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin tək, ali təhsilli, subay oğlu, 4 medallı Cəmil Habil oğlu Məmmədlinin Anım Günüdür.

Düz bir il keçir Onun Şəhidliyindən, torpağa tapşırılımasından.

Etikxeber.az xəbər verir ki, Anım Günü ilə bağlı səhər saatlarında Cəmil Məmmədlinin İsmayıllı Şəhidlər Xiyabanında məzarı ziyarət olunub.

Ziyarətdə Şəhidin ailə üzvləri, yaxınları, İsmayılıdan olan Şəhid ailələri, Qazilər, məktəblilər, İsmayıllı rayon İcra Hakimiyyətinin məsul şəxsləri iştirak ediblər.

Öncə Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, sonra məzarı başında çıxışlar edilib, Cəmil Məmmədli və cəmi Şəhidlərin İgidliyindən, Qəhrəmanlığından danışılıb, məktəblilərin ifasında şeirlər səsləndirilib.

Şəhidin anası Aygün Məmmədova hər kəsə, mərasim iştirakçılarına, İsmayıllılara ailəsi adından minnətdarlığını ifadə edib və bildirib ki, bir ildə onlara böyük mənəvi dəstək göstərilib.

Ziyarətdən sonra Şəhidin ata-baba ocağında anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

Etikxeber.az ziyarətdən və anım mərasimindən fotoları təqdim edir:

FOTOLAR…

ŞƏHİDİN ATA-BABA OCAĞI…

ŞƏHİDLƏR XİYABANI…

MƏZARININ ZİYARƏTİ…VƏ İNSAN SELİ…

ŞƏHİD ANALARI…ŞƏHİD ANALAR…

QAZİMİZ, İGİDİMİZ, QƏHRƏMANIMIZ…

VƏ ANIM MƏRASİMİ…ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…DƏRD VƏ QÜRUR ORTAQLARI…

11:35

İSMAYILLI RAYON RƏHBƏRLİYİ NÖVBƏTİ DƏFƏ ŞƏHİDİN ATA-BABA OCAĞINDA, AİLƏSİNİN ZİYARƏTİNDƏ … VƏ NÖBƏTİ MEDALININ TƏQDİMATI…

11:55

***

ANALAR, ANALAR, CƏNNƏT ANALAR…

12:35

***

SƏBAİLLİ ŞƏHİD ANALARI…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV)

Bakı-İsmayılı

Etikxeber.az

Read Previous

“Ermənistan kapitulyasiya aktı imzalayaraq münaqişəyə son qoymağa vadar edildiyi kimi, yekun sülhə də “Dəmir yumruq” ilə məcbur edilməlidir”-BƏHRUZ MƏHƏRRƏMOV

Read Next

“Azərbaycan Ordusunun bölmələri istənilən təxribatların qarşısını qətiyyətlə alacaq”-MÜDAFİƏ NAZİRLİYİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir