Ailənin 3 övladından biri, subay, iki medallı-ŞƏHİD ƏRƏSTUN XIDIROVUN ANIM GÜNÜ…- FOTOLAR

Bərdənin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin 3 övladından biri, subay, iki medallı, MAXE Ərəstun Arif oğlu Xıdırovun bu gün Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, 22 yaşında Şəhid olan Ərəstun Xıdırovun Anım Günündə onun Bərdə Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub.

Ziyarət zamanı Şəhidin məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Sonra Şəhidin yaşadığı evin həyətində Anım mərasimi keçirilib, adına ehsan verilib.

Ziyarət və anım mərasimində Şəhidin ailə üzvləri, yaxınları, Bərdə və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları və digər şəxslər iştirak edib.

Məqamı ucalardan-Uca olsun!

FOTOLAR:

BƏRDƏ ŞƏHİDLƏR XİYABANI…

MƏZARININ ZİYARƏTİ…

ANALAR YANAR, AĞLAR…

Kamil HƏMZƏOĞLU

Etikxeber.az

Read Previous

Şəhid Elmar İbrahimovun torpağa tapşırılmasından bir il keçdi-ANIM MƏRASİMİ KEÇİRİLDİ… – FOTOLAR

Read Next

Evin tək-yeganə övladı, atasını bir neçə il öncə itirmiş, 22 yaşında Şəhid olmuş Elmar İbrahimovun-ANIM GÜNÜDÜR…-FOTO-VİDEO – YENİLƏNİB – (1)

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir