962 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək – BAKIDA

Bakıdakı 271 ümumi təhsil müəssisəsində 962 məktəbəhazırlıq qrupunun fəaliyyət göstərməsi nəzərdə tutulub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) Etikxeber.az-a verilən məlumata görə, paytaxt məktəblərindəki məktəbəhazırlıq qruplarına uşaqların qəbulu üçün elektron sistemdə 21 270 ərizənin onlayn qeydiyyatı (05.09.2019-cu il tarixinə saat 09:30-a olan məlumata əsasən) aparılıb.

2019-2020-ci tədris ilində bütün 5 yaşlıların 90 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması üçün dövlət tərəfindən imkan yaradılıb.

Sentyabrın 5-nə (saat 09:30) olan məlumata əsasən, elektron sistem (mektebeqebul.edu.az) vasitəsilə paytaxt məktəblərinin I sinfinə qəbul üçün 47 794 sorğu yerləşdirilib.

Onlardan 44 955-i ümumi təhsil məktəblərini, 2 839-u isə lisey və gimnaziyaları seçib. Bu göstərici paytaxtdakı dövlət ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulu proqnozunun təxminən 98 faizinə yaxındır.

Paytaxtın ümumi təhsil məktəblərində yeni dərs ilinə hazırlıq işləri davam edir.

Etikxeber.az

Read Previous

Ümumtəhsil müəssisələrində ümumilikdə 414 min 844 şagird təhsil alacaq – RƏSMİ

Read Next

“Unutmamalıyıq ki, savadlı cəmiyyət savadlı qadınlardan keçir…” – DEPUTAT TƏLƏBƏ QIZLARA, GƏNCLƏRƏ ÇAĞIRIŞ ETDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir