Tək dayısı 1992-ci ildə, özü isə 2020-ci ildə Şəhid olan-EVİN TƏK ÖVLADI EMİL ƏMİROV – MƏZARI ZİYARƏT EDİLDİ, ANIM MƏRASİMİ DÜZƏNLƏNDİ…-FOTOLAR – YENİLƏNİB – (5)

Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən olan evin-ailənin tək övladı, uşaq yaşlarından anası tərəfindən təkbaşına böyüdülən, tək dayısı-Müzəffər İmanov 1992-ci ildə Şəhid olan Emil Əmirovun bu gün torpağa tapşırıldığı gündür.

Onun Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılmasından, Əbədiyyətə uğurlanmasından bir il keçir.

Bu gün Emil Əmirovun Anım Günüdür.

Etikxeber.az xəbər verir ki, Anım Günündə Şəhidin öncə-səhər saatlarında məzarı ziyarət olunub.

Ziyarətdə məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar edilib.

Sonra “Arzu” şadlıq sarayında Anım mərasimi başlayıb, adına ehsan süfrəsi açılıb.

20 yaşında Şəhidlik məqamına ucalan Emil Əmirovun məzarının ziyarəti və anım mərasimində Şəhidin tək, kimsəsiz anası Xanımnaz xanım, nənəsi Məleykə xanım, yaxınları, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri iştirak edirlər.

Onu da qeyd edək ki, Emil Əmirov  ölümündən sonra 2 medalla – “Vətən uğrunda”  “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Etikxeber.az ziyarət və mərasimdən fotoları təqdim edir:

11:55

***

YENƏ MİNGƏÇEVİR… YENƏ MİNGƏÇEVİR ŞƏHİDLƏR XİYABANI…

MƏZARININ ZİYARƏTİ…ŞƏHİD ANALARI, ŞƏHİD AİLƏLƏRİ…

ANIM MƏRASİMİ…İZDİHAM…İNSAN SELİ…

12:06

***

DÖVLƏT HİMNİ VƏ BİR DƏQİQƏLİK SÜKUT…

DƏRLİ, YARALI VƏ QÜRURLU, MƏĞRUR ANA-XANIMNAZ ANA…

DƏRD VƏ QÜRUR ORTAQLARI…

SÖZÜN BİTDİYİ YER, SÖZÜN ACİZ QALDIĞI AN…

İGİDLƏRİMİZ, QƏHRƏMANLARIMIZ…

12:25

***

QƏHRƏMAN ŞƏHİD AİLƏLƏRİ…QƏHRƏMAN ANALAR, QƏHRƏMAN ATALAR, QƏHRƏMAN BACILAR…

12:45

***

Hamısını bir araya gətirən, hamısını birləşdirən-DƏYƏR – ŞƏHİDLƏR, QƏHRƏMAN, VƏTƏN SEVDALI OĞULLAR…

13:35

***

13:49

***

YANA-YANA, QOVRULA-QOVRULA DANIŞAN ANALAR…DİK DURUŞLU ANALAR…

29 İL ÖNCƏ TƏK OĞLU, 1 İL ÖNCƏ QIZININ TƏK ÖVLADI ŞƏHİD OLAN MƏLEYKƏ ANA…

Kamil HƏMZƏOĞLU (HƏMİDOV),

17.10.2021, Goranboy-Mingəçevir-Bakı

Etikxeber.az

Read Previous

Hava tutulacaq, yağış yağacaq-SABAH

Read Next

“Təəssüflər olsun ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətləri zamanı insan hüquq və azadlıqlarının kütləvi şəkildə pozulması faktlarına beynəlxalq hüquqi qiymət verilməyib”-OMBUDSMAN BƏYANAT VERDİ

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir