97 mindən çox müxtəlif növ ağac və kol bitkisi əkilib – “Azəravtoyol”

“Azəravtoyol” ASC-nin Yol Yaşıllaşdırma Məhdud Məsuliyyətli Cəmiyyətləri 1600 kilometr magistral avtomobil yolunun, 1824 kilometr respublika əhəmiyyətli avtomobil yolunun, ümumilikdə 3424 kilometr avtomobil yolunun təhkim zolağındakı yaşıllıqlara xidmət göstərir. Hazırda magistral və respublika əhəmiyyətli avtomobil yollarının mühafizə zolağında 1milyon 194 min 987 ədəd, o cümlədən 956 min 638 ədəd çoxillik ağac mövcuddur.

“Azəravtoyol”un mətbuat xidmətindən Etikxeber.az-a verilən məlumata görə, 2016-cı ilin 9 ayı ərzində avtomobil yollarının təhkim zolağında 97 min 532 ədəd, müxtəlif növ ağac və kol bitkisi əkilib.

Yol Yaşıllaşdırma MMC-ləri tərəfindən 8,9 hektar ərazidə yaradılmış 7 tinglik sahəsində 86 min 730 ədəd müxtəlif növ ağac və kol bitkisi əkin üçün istifadə edilib. Hazırda bu tinglik sahələrində 91 min 920 ədəd ağac və kol bitkisi yetişdirilir.

Yol Yaşıllaşdırma MMC-ləri Bakı şəhərində 95,9 hektar yaşıllıq sahəsinə, o cümlədən 13,5 hektar qazon sahəsinə, 96 min 786 ədəd müxtəlif növ ağac və kol bitkisinə xidmət göstərir. Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-ləri tərəfindən Bakı şəhərinin Zığ dairəsi-Hava Limanı avtomobil yolu və Bakı Dairəvi avtomobil yollarının mühafizə zolağında 6000 ədəd Eldar şamı əkilib. Bu yaşıllıq sahələrinə su xətləri çəkilib, damla üsulu ilə suvarma sistemləri quraşdırılıb.

Həmçinin bildirilib ki, “Azəravtoyol” ASC-nin yeni təsdiq edilmiş strukturuna uyğun olaraq tabeli qurumların inzibati binaları və istehsalat sahələrində təmir və yenidənqurma işləri aparılir.

Hazırda 2 nömrəli Regional Avtomobil Yollarının Yaşıllaşdırılması MMC üçün inzibati binanın tikintisi tamamlanmaq üzrədir. İsmayıllı və Salyan MMC-nin inzibati binalarında isə əsaslı təmir işləri başa çatdırılıb.

Etikxeber.az

Read Previous

Kitaroviç Heydər Əliyev Mərkəzində də olub

Read Next

Azərbaycan velosipedçisi 300 reytinq xalı qazandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir