Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Bu gün Mingəçevirin İkinci Vətən Müharibəsi Şəhidlərindən evin tək oğlu, bir övlad atası Oruc Nəcəfli və ailənin tək-subay oğlu Fuad Xankişiyevin Anım günləridir.
Etikxeber.az xəbər verir ki, bu gün səhər saatlarında Anım günləri ilə bağlı həm Oruc Nəcəflinin, həm də Fuad Xankişiyevin Mingəçevir şəhər Şəhidlər Xiyabanında məzarları ziyarət olunub.
Ziyarət(lər)də Şəhidlərin ailə üzvləri, yaxınları, Mingəçevir və digər bölgələrdən olan Şəhid ailələri, Şəhid anaları, din xadimləri, Qazilər, məktəblilər iştirak ediblər.
Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, ruhlarına dualar oxunub, məktəblillər tərəfindən şeirlər səsləndirilib.
Ziyarət(lər) zamanı çox həyacanlı, çox duyğulu, çox təsirli anlar yaşanıb.
Bir saatdan çox çəkən ziyarət(lər)dən sonra hər iki Şəhidin yaşadığı evdə-məhəllədə anım mərasimləri keçirilib, adlarına ehsan verilib.
Etikxeber.az Şəhidlərin ziyarətindən fotoları təqdim edir:

























Kamil HƏMZƏOĞLU (HƏMİDOV)
Etikxeber.az