“999-cu gecə” də olacaq

Azərbaycan Dövlət Musiqili Teatrında ötən mövsümün uğurlu tamaşalarından biri olan “999-cu gecə” adlı ikihissəli musiqili tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən Etikxeber.az-a bildirilib ki, səhnə əsərinin növbəti nümayişi sentyabrın 25-də olacaq. Görkəmli bəstəkar, SSRİ Xalq Artisti Fikrət Əmirovun dünyaca məşhur “Min bir gecə” baletinin musiqiləri, ölməz mahnıları və “Min bir gecə” nağıllarının motivləri əsasında hazırlanan “999-cu gecə” böyüklər üçün nağıl-tamaşadır. Tamaşanın süjet xəttinin əsasını çəkməçi Marufla ifritə arvadı arasındakı təzadlı, ziddiyyətli münasibətlər təşkil edir. Bu nağıl “Min bir gecə”də Şəhrizadın danışdığı 999-cu nağıl olduğundan yaradıcı kollektiv tamaşanı “999-cu gecə” adlandırıb. Gözlənilməz vəziyyətlərlə zəngin olan səhnə əsərində maraqlı dekorasiyadan istifadə olunub. Belə ki, dekorasiya 2 mərtəbəlidir və hər mərtəbə də simvolik mənaya malikdir. Süjet xəttinin əsasını xeyirlə şərin əbədi qarşıdurması fonunda böyük bir eşq uğrunda mübarizə təşkil edir.

Tamaşanın quruluşçu rejissoru İradə Gözəlova, quruluşçu dirijoru Əməkdar İncəsənət Xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Nabat Səmədova, xormeysteri Əməkdar Artist Vaqif Məstanov, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistentləri Sevinc Məmmədova və Sara Kərimlidir.

Rolları Məhərrəm Qurbanov, Nicat Əli, Mehriban Zalıyeva, Əliməmməd Novruzov, Gültac Əlili, Ruslan Mürsəlov, Fərid Rzayev və Elməddin Dadaşov ifa edəcəklər.

Biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə etmək olar.

Etikxeber.az

Read Previous

Azərbaycana 3 kiloqrama yaxın tiryək keçirmək istəyən şəxs yaxalanıb

Read Next

Daha bir güləşçimiz qızıl medal qazandı – 31-ci dünya çempionatında

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir