Şəhid və Qazi adını kirləməyin, kirlətməyin! AYIBDIR!!!-KAMİL HƏMZƏOĞLU YAZDI
Ölkə Prezidenti İlham Əliyevin son sərəncamları maraqlı və çox gözlənilməz olduğu üçün imzalandığı andan cəmiyyətdə, sosial şəbəkələrdə, mediada ciddi müzakirə mövzusuna çevrilib.
Demək olar ki, dünən axşamdan bu yana iki nazirin-vergilər naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarovun vəzifələrindən azad edilməsi, daha doğrusu, şəmkirli Məmmədovun yarı gəncəli, yarı bakılı və rusdilli Cabbarovla əvəzlənməsi gündəmin əsas və bir saylı mövsuzu olaraq qalmaqdadır.
Çoxları uzun illərdən bəri nazir kürsüsündə əyləşən Məmmədovun qəfildən vəzifəsindən azad olunacağını, vergi sahəsi ilə bir o qədər də bağlılığı olmayan nisbətən gənc həmkarı- nazir Cabbarovla əvəz olunacağını gözləmirdi və ya gözləmədiyini etiraf edir. Ancaq Məmmədovun adı hələ iki il öncə, təxminən bu vaxtlar, “Eldar Mahmudov-MTN olayı”ndan sonra vəzifədən uzaqlaşdırılacaq ilk məmurlar-nazirlər arasında yer alırdı. Bu da əslində səbəsiz deyildi.
Çünki ölkə Prezidenti 2015-cildəki tarixi və məşhur müşavirəsində Vergilər Nazirliyini ciddi tənqid və xəbərdarlıq etmişdi. Odur ki, çoxları həmin müşavirədən sonra Məmmədovun vəzifədən uzaqlaşdıralacağını ehtimal edirdi. Amma sən demə gün bu gün (5 dekabr 2017-ci il) imiş, yəni, Məmmədovun nazir (hələlik) karyerasının bitməsini iki ildən bir qədər artıq gözləmək gərəkmiş.
Ancaq onun məhz Cabbarovla əvəzlənəciyini ölkədə “A”-dan “Z”-yə kimsə ehtimal etmirdi, bunun ipucu belə, ortada deyildi. Kimsə bunu ehtimal etməzdi…
Təbii ki, kimi nə vaxt və haçan vəzifəyə təyin etmək, vəzifədən kənarlaşdırmaq ölkə Prezidentinin səlahiyyəti daxilində olan bir məsələdir. Kimsə də bu məsələyə müdaxilə edə bilməz. Yəni, kimi çıxarmaq, kimi kimlə əvəzləmək, kimi yeni vəzifəyə təyin etmək ondan savayı kimsənin səlahiyyəti daxilində deyil.
Amma bu məsələlərlə bağlı cəmiyyətdə, mediada, sosial şəbəkələrdə müzakirələrin açılması da təbii və normaldır, bu, belə də qəbul olunmalıdır. Hər bir kəs bu məsələlərlə bağlı söz, fikir, mülahizə, mühakimə söyləmək hüququna malikdir. Bu baxımdan, yeri hələlik boş qalan və sahibini gözləyən təhsil naziri kürsüsünə kimin əyləşə biləcəyi, kimin bu vəzifəni haqq etməsi barədə də müzakirə və diskussiyalara normal, təmkinli münasibət sərgiləmək gərəkir.
Bəs görəsən, bu posta kim(lər) yiyələnə bilər və ya yeni təhsil naziri kürsüsünü daha çox kim və ya kimlər haqq edir?
Bu məsələdə də fikirlər, rəylər birmənalı deyil və mövqelər haçalanır.
Ancaq aparılan müzakirələrdə daha çox bu 4 şəxsin adı üzərində dayanılır: keçmiş TQDK sədri, hazırda Dövlət İmtahan Mərkəzinin (DİM) rəhbəri Məleykə Abbazadənin, bitərəf millət vəkili Qənirə Paşayevanın, sabiq dövlət müşaviri, akademik, hazırda Dillər Universitetinin rektoru Kamal Abdulla(yev)in və Vətəndaş Həmrəyliyi Partiyasından (VHP) olan müstəqil millət vəkili, akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri, AŞPA-nın məruzəçisi Rafael Hüseynovun.
Əksəriyyət bu şəxslərdən birinin bu vəzifəyə təyin oluna biləcəyini və ya onların hər hansı birinin bu vəzifəni daşımağı haqq etdiyini söyləyir.
Onların qənaətincə, çünki adları çəkilən şəxslər iqtidar komandasının ən sınanılmış, ən sədaqətli, ən işgüzar, ən bacarıqlı üzlərindəndir, ən əsası, təmizlikləri, bu və ya digər qalmaqallarda adlarının hallanmamaları ilə cəmiyyətdə müsbət imiclərə malik şəxslər kimi qəbul olunmaqdadırlar.
Həmçinin, bu şəxslər öz işlərində, öz sahələrində novatorluqları, yaradıcılıqları, dövrün tələblərinə cavab vermələri ilə tanınır və seçilirlər.
Ona görə əksəriyyət adları çəkilən şəxsləri daha çox təhsil naziri olmağa layiq bilir, məhz onların uzun illərdən bəri -ara-sıra islahatlar görüntülərinə baxmayaraq- ölkənin ən vacib, bəlkə də Ordu qədər, bir saylı sahəsində-təhsil sistemində qalaqlanmış, həllini gözləyən problemlərin öhdəsindən gələ, yalnız onların uğurlu təhsil islahatları apara, nəhayət də, təhsilin inkişafına nail ola biləcəyini düşünür və bu düşüncülərini bölüşürlər.
Ancaq yuxarıda da qeyd olunduğu kimi, bu məsələdə söz və səlahiyyət dövlət başçısınındır. Kimsə onun səlahiyyətinə müdaxilə edə bilməz
Yəqin ki, çox yaxın zamanlarda da bu məsələyə də nöqtə qoyulacaq, yeni təyin olunacaq nazirin ismi, kimliyi bəlli olacaq.
Necə deyərlər, yaşayarıq, görərik.
***
Bu arada qeyd edək ki, təhsil naziri ola biləcək şəxslər sırasına yeni adlar əlavə olunur. Akademik, BDU-nun prorektoru, tanınmış ziyalı Nərgiz Paşayeva, İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov və MM-in Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyevin də təhsil naziri ola biləcəyi ehtimal olunur və söylənilir…
Etikxeber.az