Abdin müəllimin və Abşeronu təmsil edən üç millət vəkilinin Şəhidin adını daşıyan küçəyə asfalt çəkilməsi məsələsini-HƏLL ETMƏK GÜCÜ YOXDURMU? BU MƏSƏLƏ SALEH MƏMMƏDOVUN GÜCÜ XARİCİNDƏDİRMİ?

Şəhidlər Baş tacımızdır…

Şəhidlər müqəddəs And yerimizdir…

Kimsənin Şəhidləri unutmağa haqqı yoxdur…

Unutmadıq və unutmayacağıq…

Daim Şəhid ailələrinin yanındayıq…

Və sair və ilaxır…

Demək olar ki, hər gün bu sözlərə rast gəlirik, hər gün bu sözləri eşidirik…

Amma və lakin…

Getdikcə bu sözlər adiləşməkdədir…

Daha doğrusu, adiləşdirilməkdədir…

Əfsuslar olsun, maləsəf ki, sözdən əmələ keçid yoxdur, əməldə bunun qarşılığı görünmür çoxları tərəfindən…

Çünki çox zaman və əksərən…bozağdan yuxarı, xala xətrin qalmasın…deyilir, söylənilir…

Əgər belə olmasaydı, özü Şamaxı (həm də Xaçmazlı) Şəhidi-Antiterror Şəhidi olsa da, ailəsi Abşeron rayonunun Saray qəsəbəsində yaşayan Səbuhi Hüseynovun valideynlərinin, atası Məhbub Hüseynovun səsinə səs verən, həlli çox asan olan bir məsələni tez bir zamanda çözən olardı…

Şəhid Səbuhi Hüseynovun atası həm yazılı formada, həm də media vasitəsilə bu ilin yayında oğlunun adını daşıyan küçəyə (ən azı ana yoldan evlərinə qədər) asfalt çəkilməsi ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbəri Saleh Məmmədova, Abşeron rayonunun icra başçısı Abdin Fərzəliyevə, eyni zamanda, ümumilikdə Abşeronu parlamentdə təmsil edən üç millət vəkilinə müraciət ünvanlamışdı…

Çox təəssüflər olsun ki, həm Saleh Məmmədovun rəhbəri olduğu qurumdan, həm də Abşeron rayon İcra Hakimiyyətindən mənfi cavab gəlmişdi…

Millət vəkillərindən isə ikisi reaksiya versə də, ortada bir nəticə yoxdur…

Üstündən 5 aya yaxın vaxt keçməsinə baxmayaraq, 500 metr-1 kilometrlik yola, özü də Şəhidin adına olan bir küçəyə asfal çəkilməsi, çəkdirilməsi bu qədər çətindirmi?

Bunun nə boyda maliyyə tutumu, xərci, məsrəfi var ki, məsələ bu qədər uzadılır, Şəhid ailəsi incik salınır?

Hörmətli Saleh müəllimin rəhbəri olduğu qurumun 1 km-lik yola asfalt çəkməsi bu dərəcədəmi qlobal məsələdir?

Və ya əksər icra başçıları ilə müqayisədə hər zaman Abşeronlu Şəhid ailələrin və Qazilərin yanında olan, belə bir müsbət görüntü yaradan Abdin müəllimin və Abşeronu Milli Məclis kimi önəmli bir qurumda təmsil edən üç millət vəkilinin bu adi bir məsələni həll etdirmək gücü yoxdurmu?

Hanı bu üç millət vəkilin sözünün, mandatının çəkisi, kəsəri?

Hər halda bu suallara onlar cavab verməlidir və ümid edək ki, yaxın zamanlarda da müsbət cavab verəcəklər!!!

Ümid də ən sonda ölür…deyirlər!!!

Etikxeber.az

Read Previous

“Axırıncı dəfə Suqovuşanın azad edilməsindən bir gün sonra danışdıq…”-ŞAMAXILI İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ, EVİN-AİLƏNİN TƏK VƏ SUBAY OĞLU ZÖHRAB ALLAHVERDİYEVİN ATASI SÜBHAN ALLAHVERDİYEV – FOTOLAR

Read Next

Bu gün Ağdamlı Antiterror Şəhidi Elmin Qarayevin Cənnətdəki üçüncü doğum günüdür-İKİNCİ VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDLƏRİ-BƏRDƏLİ EMİN HÜSEYNOV VƏ ƏSLƏN ŞAMAXILI KAMAL MİRZƏLİYEVİN İSƏ ANIM GÜNLƏRİDİR…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir