Azərbaycan nümayəndə heyəti açılış mərasimində iştirak edib
Dekabrın 4-də Kayseri şəhərində Türkiyənin 11-ci Prezidenti Abdulla Gülün adını daşıyan muzeyin və kitabxananın açılış mərasimi olub.
Etikxeber.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovdan, Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovdan, Milli Məclisin səhiyyə komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əhliman Əmiraslanovdan və parlamentin deputatı, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevdən ibarət nümayəndə heyəti təmsil edib.
Mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, 11-ci Prezident Abdullah Gül, digər ölkələrin yüksək səviyyəli dövlət və hökumət rəsmiləri, tanınmış şəxslər iştirak ediblər.
Etikxeber.az