Abe Tramp və Ruhani ilə bir araya gələcək

Yaponiyanın Baş Naziri Şinzo Abe BMT Baş Assambleyasında iştirak etmək üçün sentyabrın 23-dən 26-dək Nyu-Yorka səfərdə olacaq. Səfər çərçivəsində Ş.Abe ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Həsən Ruhani ilə görüşəcək.

Etikxeber.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa ənənəvi mətbuat konfransında məlumat verib.

“Baş nazir Şinzo Abe sentyabrın 23-dən 26-dək Nyu-Yorku ziyarət edəcək, 26-dan 28-dək isə Brüsseldə olacaq. Nyu-Yorkda o, BMT Baş Assambleyasındakı tədbirlərə qatılacaq, həmçinin onun ABŞ və İran prezidentləri ilə yüksək səviyyəli görüşləri planlaşdırılır. Brüsseldə isə o, Avropa Komissiyasının sədri Jan-Klod Yunkerlə görüşəcək” – deyə, baş katib bildirib.

Etikxeber.az

Read Previous

“Anlaşılmayan Fransa rəsmilərinin ölkə məhkəmələrinin qərarlarını heçə saymalarıdır…” – POLİTOLOQ

Read Next

“Fənər”, “Qranada”, “Vilyarreal”, “Nitsa”, “İnter” sevincli… – NƏTİCƏLƏR – FOTOLAR – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir