ABŞ Əfqanıstanda amerikalı hərbçilərin öldürülməsi xəbərini təkziblədi

ABŞ-ın hərbi məmuru Əfqanıstandakı hərbi bazada hücum nəticəsində 4 amerikalı hərbçinin öldürülməsi barədə xəbəri təkzib edib.

Etikxeber.az xəbər verir ki, bir qədər əvvəl Reuters agentliyi Əfqanıstanın Məzari-Şərif şəhərində yerləşən bazada əfqan əsgərinin hücumu nəticəsində ABŞ silahlı qüvvələrinin 4 hərbçisinin həlak olduğunu bildirmişdi.

ABŞ hərbi komandanlığının Kabildəki nümayəndəsi “Şahin” düşərgəsində yaralanan hərbçilər arasında amerikalı əsgərlərin olduğunu desə də, onların dəqiq sayı barədə məlumat verməyib. Onun sözlərinə görə, insident nəticəsində, həmçinin bir əfqan əsgəri də həlak olub. Məzari-Şərif şəhərindəki bu hərbi düşərgədə Əfqanıstan ordusunun 209-cu korpusu yerləşir.

Etikxeber.az

Read Previous

Məzari-Şərifdə əfqan əsgəri 4 Amerika hərbçisini güllələdi

Read Next

Topbaşın kürəkəni haqqında həbs qərarı verildi- Kılıcdaroğlu isə bu addımı pislədi – YENİLƏNİB

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir