“ABŞ–Azərbaycan əlaqələri möhkəm dayaqlara, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanır”-DEPUTAT

ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevə 28 May – Respublika Günü münasibətilə ünvanladığı təbrik məktubunda Birləşmiş Ştatların Azərbaycanın suverenliyini və müstəqilliyini güclü şəkildə dəstəklədiyi bildirilir, dövlətimizin beynəlxalq təhlükəsizliyi gücləndirmək, Avropanın enerji marşrutlarını və mənbələrini şaxələndirmək istiqamətində siyasəti rəğbətlə qarşılanır. Eyni zamanda, məktubda Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həll edilməsində ABŞ-ın marağının olduğu qeyd edilir.

Etikxeber.az xəbər verir ki, bu fikirləri deputat Məzahir Əfəndiyev bildirib.

Deputat deyib ki, ABŞ Prezidenti tərəfindən göndərilən bu və bundan öncəki ənənəvi məktubların əsas məntiqi Prezident İlham Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpasına, müstəqilliyinin qorunmasına və xalqımızın sosial rifahının daha da yaxşılaşdırılmasına yönəlmiş idarəetmə modelinə olan dəstəyi nümayiş etdirməkdir.

“ABŞ–Azərbaycan əlaqələri möhkəm dayaqlara, ortaq dəyərlərə və qarşılıqlı maraqlara əsaslanır. İki ölkə arasında müxtəlif sahələr üzrə mütəmadi şəkildə qarşılıqlı səfərlər, təmaslar və dialoqlar keçirilir. Eyni zamanda, Azərbaycan ABŞ-ın Cənubi Qafqaz regionunda ən iri ticarət tərəfdaşıdır”-deyə, o, əlavə edib.

Etikxeber.az

Read Previous

“Azərbaycan aparıcı ölkələrdən biri olacaq…” – Prezident – CISCO şirkətinin rəhbərləri ilə İlham Əliyev arasında videokonfrans keçirildi – FOTOLAR – YENİLƏNİB

Read Next

Rafiq Manaflı da Milli Şuradan-GETDİ…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir